Lui Araqon () — fransız yazıçısı, şair, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1957). Sorbonna Universitetində tibb elmini öyrənmiş, Birinci Dünya müharibəsinin (1914–18) iştirakçısı olmuşdur. Fransa KP MK-nın üzvü, müqavimət hərəkatının liderlərindən biri idi. 1920-ci illərin əvvəllərində dadaizmə meyil göstərmiş ("Fişəng" şeirlər toplusu, 1920), sonralar Andre Bretonla birlikdə sürrealizm hərəkatına başçılıq etmişdir("Anise…" povesti, 1921). Hərəkatın ilk nəzəri manifestini ("Uyqular dalğası",1924) yazmışdır. "Qırmızı cəbhə" (1931) poemasının, "Ura, Ural" (1934) şeir toplusunun müəllifidir. "Real dünya" (1934–51), "Kommunistlər" (1949–51;1967 ildə yenidən işlənmişdir) romanlarında sosializm ideyalarını təbliğ etmişdir. Stalin dövrünün törətdiyi amansızlıqların ifşa olunmasından sonra ağır mənəvi sarsıntı keçirmişdir. "Tamamlanmamış roman" (1956) Lui Araqon yaradıcılığının zirvəsidir. Həyatının son illərində "Blanş, yaxud Unutma" (1967), "Anri Matiss" (1971) romanlarını yazmışdır. "Fəxri legion" ordeni ilə təltif edilmişdir (1981). 2Sovet ədəbiyyatları" (1955) kitabının "Şərq-Qərb divanı" zəruriyyəti haqqında" fəsli Azərbaycan ədəbiyyatına həsr olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Biseksual yazıçılar Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransız şairlər

Kateqoriya:Fransa inqilabçıları Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Marksistlər