Gözəl Zutova () — Azərbaycanı təmsil etmiş cüdoçu və güləşçi. Cüdo üzrə Azərbaycan çempionu (2017), güləş üzrə dünya Kubokunun (2012) və İslam Həmrəyliyi Oyunlarının (2022) gümüş mükafatçısı.
Həyatı Gözəl Zutova 8 aprel 1985-ci ildə Zaqatala şəhərində anadan olub. 2005-ci ildən idmanla məşğul olur və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) məzunu olub.
Karyerası Gözəl Zutova birinci ciddi uğurunu 2011-ci ildə qazandı. Zutova Heydər Əliyevin xatirəsinə həsr olunan "Qızıl Qran-Pri" beynəlxalq turnirinin gümüş medalının sahibi oldu. Gözəl Zutova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 75 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində Ukraynalı Oksana Vaşçuk ilə üz-üzə gəldi və 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
İstinadlar
Xarici keçidlər Gözəl Zutovanın İat.uni-leipzig.de saytında profili
Kateqoriya:2015 Avropa Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın cüdoçuları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları