Hakim Ziyex () — Süper Lig təmsilçilərindən olan Galatasaray klubunda hücuma meylli yarımmüdafiəçi kimi çıxış edən Niderland əsilli peşəkar Mərakeş futbolçusu. Ziyex texnikası və cərimə zərbələri bacarığı ilə məşhurdur.

Karyerası

Heerenveen Ziyex 2004-cü ildə Heerenveen və Emmen klublarının futbol akademiyası məktəbinə daxil olmuşdur.

Ziyex öz peşəkar karyerasında debütünü 2 avqust 2012-ci ildə Heerenveen klubu ilə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Rapid Buxarest klubuna qarşı oyunda etmişdir. On gün sonra Ziyex Erediviziyada debüt etmişdir. Həmin görüşdə Heerenveen NEK-ə 2-0 hesabı ilə məğlub olmuşdur.

Tvente 18 avqust 2014-cü ildə Ziyex Tvente klubu ilə dörd illik müqavilə imzalamışdır.

Ayaks 30 avqust 2016-cı ildə Ziyex Ayaks klubu ilə beş illik müqavilə imzalamışdır.

Milli komanda Ziyex Niderlandda anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır. Ziyex 2015-ci ilin may ayında Niderlandın əsas yığmasına dəvət almışdır.

23 sentyabr 2015-ci ildə isə Ziyex sosial şəbəkələr vasitəsilə Mərakeş milli futbol komandasını seçdiyini açıqlamışdır. O, Mərakeş millisi ilə debütünü 9 oktyabr 2015-ci ildə Kot-d’İvuar millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda Mərakeş millisi rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.

Milli komanda qolları 11 Oktyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Mərakeş hesablamasının birinci siyahısındadır.

+ Tarixə, məkana, kuboka, oyuna, nəticəyə, hesaba görə milli qollarNo.TarixMəkanOyunRəqibHesabNəticəTurnir127 May 2016Qrand Stad de Tanjer, Tanjer, Mərakeş61–02–0Yoldaşlıq22–034 Sentyabr 2016Şahzadə Mulay Abdellah stadionu, Rabat, Mərakeş81–02017 Afrika Millətlər Kuboku təsnifat411 Oktyabr 2016Stad de Mərakeş, Mərakeş, Mərakeş92–04–0Yoldaşlıq53–0

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokKontinentalÜmumiOyunQolOyunQolOyunQolOyunQolHeerenveen2012–13501020802013–14339320035112014–1522000022Ümumi401142204513Tvente2014–153111542038152015–163317100034172016–1742000042Ümumi683064207634Ayaks2016–1722811422711Ümumi22811422711Ümumi karyera129491177114657

Milli komanda

Milli komandaİlOyunQolMərakeş201540201655Ümumi95

İstinadlar

Xarici keçidlər Voetbal International profile Netherlands U21 stats at OnsOranje

Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Heerenveen FK futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Qalatasaray PFK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:Tvente FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular