Azərbaycan–Norveç münasibətləri — Azərbaycan Respublikası ilə Norveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdurAzərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı . mfa.gov.az . Norveç Krallığının Azərbaycandakı səfirliyi 1998-ci ildə fəaliyyətə başlayıb. Norveç Dağlıq Qarabağ münaqişəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllini dəstəkləyir. 2018-ci ilin noyabrında Norveç krallığı Azərbaycandakı səfirliyini bağlamışdır.

Parlamentlərarası əlaqələr Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az . Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur"Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az . 4 mart 2016-cı il tarixindən Rövnəq Abdullayev işçi qrupunun rəhbəridir.

Mədəni əlaqələr

Tur Heyerdalın iddiaları thumb|320px|right|Böyükdaş dağında 8 nömrəli qayada gəmi təsviri. Qobustan dövlət tarixi-bədii qoruğu

1981-ci ildə etnoqraf Tur Heyerdal Qobustan qoruğunu ziyarət etmiş, burada qədim insanlar tərəfindən çəkilmiş qayıq rəsmlərini Norveçin Mis Dövrü qayıq rəsmlərinə bənzətmişdir. Bu səfər Heyerdalın Azərbaycan və Norveç xalqları arasında mümkün qədim əlaqələrə marağını artırmış, onun bir neçə dəfə daha Azərbaycana səfər etməsinə gətirib çıxarmışdır. 1995-ci ildə Heyerdal tərəfindən skandinaviyalıların qədim keçmişdə Azərbaycandan miqrasiya etməsi ilə bağlı nəzəriyyə irəli sürülmüşdür. Bu fikir akademik çevrələrdə qəbul edilməsə belə, Azərbaycan və Norveç xalqlarının eyni kökə malik olması iki ölkədə də insanların təxəyyülündə yer tutmuş, incəsənət xadimlərinə, xüsusilə musiqiçilərə ilham qaynağı olmuşdur.Thomas Solomon. "‘The Land of Our Origin’: Music and History in the Norway–Azerbaijan Connection." Yearbook for Traditional Music, vol. 48, International Council for Traditional Music, 2016, pp. 115–35, https://doi.org/10.5921/yeartradmusi.48.2016.0115 .

Tur Heyerdal öz nəzəriyyəsini İsland tarixçisi Snorri Sturlusonun İnqlinq saqası ilə əsaslandırmışdır. Saqada hökmdar Odin öz xalqını Skandinaviyanın cənub-şərqindəki bir ərazidən gətirir. Heyerdal fikirləşir ki, Odinin gəldiyi ərazi Qara dənizin şərqində, müasir Azərbaycandadır və eramızdan əvvəl 1-ci əsrin ortalarında Odin Qafqazı Şimali Avropa ilə əlaqələndirən ticarət yollarından istifadə edərək xalqını Skandinaviyaya köçürmüşdür. Nəzəriyyə üçün əlavə sübut olaraq Heyerdal tərəfindən Qafqaz və Skandinaviyadakı (və ümumən Avropada) toponimlərdə və tayfa və etnik qrup adlarında olan oxşarlıq göstərilir. Daha sonra Heyerdal Odinin gəldiyi yerin Qafqaz yox, Qara dənizin şimalı olduğunu iddia etmişdir.

2011-ci ildə Azərbaycan Dillər Universiteti və Oslo Universiteti arasındakı Skandinaviya tədqiqatları layihəsinin bir hissəsi olaraq Bakıda elmi konfrans keçirilmişdir. Burada Heyerdalın nəzəriyyəsi haqqında ciddi elmi diskussiya aparmağa cəhd edilmiş, xüsusilə Azərbaycan-Norveç əlaqəsinə diqqət yetirilmişdir.

Musiqi əməkdaşlığı 1997-ci ildə Norveç xoru SKRUK Azərbaycan müğənniləri Brilliant Dadaşova və İlqar Muradovla birlikdə Azərbaycan mahnılarından ibarət albom çıxarmışdır. ("Landet vi kommer fra: Musikk fra Aserbajdsjan" (Mənşəyimizin torpağı: Azərbaycandan mahnılar)). Bu albomda Azərbaycan xalq mahnıları, təsnif və laylalardan istifadə edilmişdir. Norveç dilindəki mətnlər Azərbaycan mətnlərinin birbaşa tərcüməsi deyil, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlıdır. Albom mövzu etibarilə Tur Heyerdalın Azərbaycan və Skandinaviya arasında olduğunu iddia etdiyi əlaqələrdən təsirlənmişdir.

Norveç skripkaçısı Hallvard T. Byorqum ölkəsinin Setesdal bölgəsinin folklorundakı qadın döyüşçülər (qalxanqızlar) ilə Cənubi Ukrayna və Rusiyanın çölləri, həmçinin Qafqazda yaşadıqları qeyd edilən Amazon qadın döyüşçüləri arasındakı parallellərdən təsirlənmiş, Tur Heyerdala bu mövzuda topladığı materialları göndərmişdir. Byorqum musiqiçi Elşən Mansurovla Azərbaycanda və Norveçdə konsert vermiş, burada Azərbaycan tellosu ilə Norveçin "Nordafyells" musiqisi arasında oxşarlıqdan təsirlənərək ikisini birləşdirən bir ifa etmişdilər.

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları thumb|right|250px|Azərbaycan–Norveç çimərlik futbolu matçı, 2009

İstinadlar

Xarici keçidlər Norveçın Azərbaycan Respublikasınındakı Səfirliyi Rəsmi sayti Norveç Krallığı