Dovşanqışlaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Arpaçayın yaxınlığında, rayon mərkəzindən 24 km məsafədə yerləşir.
Zootoponimdir. Dovşan və qışlaq sözlərindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Şirakavan (Şirakların qəsəbəsi) qoyulmuşdur.
Əhalisi 1828-ci ildən sonra İran və Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar mərhələ-mərhələ qovulmuşlar.
1918-20-cı illərdə azərbaycanlılar tam surətdə kənddən deportasiya olunmuşlar.
1926-cı ildə burada 1 nəfər azərbaycanlı yaşamışdır.
İstinadlar
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri