Şmitd küçəsi () — Taqanroq şəhərinin mərkəzində yerləşən küçə. Küçənin uzunluğu 430 m təşkil edir. Şəhərin tarixi hissəsində qərrlaşır.

Coğrafiyası Şmidt küçəsi Dobrolyubovski xiyabanı ilə Komsomolski enişi arasında qərarlaşırРыбалкин А. А. Шмидта ул. // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 811. — ISBN 978-5-88040-064-5.. Binaların nömrələnməsi Komsomolski enişindən başlayır. Küçənin uzunluğu 430 metr təşkil edir.

Tarixi right|250px|thumb|"Gülləli bina" Küçənin əvvəlki adları: Malo-Qreçeskaya, Malo-Birjevaya, Voronsovskaya. 1929-cu ildə Pyotr Petroviç Şmidtin şərəfinə adlandırılmışdır. O, Ocakov kreyserində təşkil etdiyi üsyana görə bu şərəfə layiq görülmüşdür. Şəhər salındığı ilk gündən burada əsasən şəhəərin elit təbəqə nümayəndələri məskunlaşmışdır. Əsasən tacirlər, dövlət məmurları burada evə sahib olurdularОлег Павлови По старой Греческой… (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — С. 22. — ISBN 5-901565-15-0..

Malo-Qreçeskaya ev 7 ünvanında İvan Andreeviç Varvasiyə məxsus bina vardı. Bu binanı bəzən gülləli bina adlandırırlar. Bu krım müharibəsi dövründə ingilis və fransızlar tərəfindən şəhərin atəşə tutulması zamanı binaya çoxlu güllənin dəyməsi olmuşdur. 1903–1910-cu illərdə binada kommersiya uçilişi yerləşirdi. Bina günümüzdə mövcudluğunu qorumamışddır.

Sitat "Köhnə Taqanroq şəhərinin sakit və rahat hissəsidir. İlk günlərdən bişurada varlılar və yerli məmurlar yaşayırdı. Burada XIX əsrdə gömrük və birja zalı yerləşirdi. Oktyabr inqilabından öncə burada cəmi 17 ev vardı. Bununla belə bu binlar özünə məxsus tarixi və unikallığı ilə seçilir."Пащенко И. Были-небыли Таганрога / рис. В. Протопопова. — Ростов н/Дː Старые русские, 2012. — 299 с. — İqor Popov, 2012.

Küçədə yerləşir № 10 — Yaşayış binası (XIX). Tarixi abidə. № 12 — Yaşayış binası (XIX). Tarixi abidə № 16 — Volkov-Remi binasıГригорян М. Е., Решетников В. К. Таганрог. История архитектуры и градостроительства конца XVII — начала XX века. — Ростов н/Д: Омега-Принт, 2013. — С. 63–64. № 16а — "Qızıl sahil" mehmanxanası № 17 — Papkovun binası (1808). Tarixi abidə. № 21 — Voroşilkin binası (XIX əsrin birinci yarısı). Tarixi abidə

İstinadlar

Kateqoriya:Taqanroq küçələri Kateqoriya:Əlifba sırasına görə küçələr