Əvəz Məmmədov () — Lenin ordenli zəhmət adamı, Azərbaycan SSR Ali Sovetinin deputatı.

Həyatı Əvəz Musa oğlu Məmmədov dekabr 1927-ci ildə Qaryagin rayonunun Araz Yağlıvənd kəndində dünyaya göz açmışdı. Böyük Bəhmənli kənd orta məktəbini bitirmişdi. Hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra Araz Yağləvənd kəndində pambıqçılıq briqadiri işləmişdi. Yağləvənddə sədr müavini işləyə-işləyə Gəncə Kənd Təsərrüfatı institutunu qiyabi yolla aqronomluq fakültəsini bitirmişdi. Bundan sonra Kərimbəyli-Yağləvənd birləşmiş kolxozunda kolxoz sədri vəzifəsində işləmişdi.

Yaxşı işinə görə rayon təşkilatı tərəfindən təşəkkürlər almışdır. Dəfələrlə kənd və rayon deputatı seçilmişdir. Sonralar 8-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Daha sonra 6 kəndin birləşdiyi Kənd sovetinin sədri olmuşdur. Qazandığı nailiyyətlərə görə Lenin ordeni və medallarla təltif olunmuşdur.

Əvəz Məmmədov 29 oktyabr 2006-cı ildə vəfat edib.

Mənbə Ənvər Çingizoğlu, Alısəfərli tayfası, "Soy" elmi-kütləvi dərgi, 2011, № 4, səh.20–22; Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı: Mütərcim, 2016.

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Aşağı Yağlıvənddə doğulanlar Kateqoriya:Pambıqçılar Kateqoriya:Kolxoz briqadirləri