Ceyhun Əkbər oğlu Həsənov () — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016–2023), ədliyyə general-leytenantı.

Həyatı Həsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.

1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli 2103 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır.

Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cü il tarixli 3957 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub.

Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan DİN Nəqliyyatda Baş Polis İdarəsinin rəisləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri