Kondratiya Bulavinin binası — Rostov vilayəti Staroçerkassk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Qədim zamanlarda inşa edilən bina Staroçerkassk şəhərinin tən mərkəzində yerləşir. Regionda olan və günümüzə qədər gəlib çatmış ən qədim binalardan biridir. Petrapovlovski kilsəsinin qarşı tərəfində yerləşir.
Tarixi Belə ehtimal edilir ki, bu binada 1707–1709-cu illərdə kəndli müharibəsinin lideri Kondrati Afanaseviç Bulabin yaşamış və vəfat etmişdir. Bina onun şəxsi mülkiyyəti olmamışdır. O, 1708-ci ildə Çerkassk şəhərinin işğalından sonra mülkə sahiblənmişdir. Şəhərin işğalından sonra o, özünü ataman elan etmişdir.
Binanın inşa edilmə tarixi dəqiq bilinmir. Bununla belə onun XVIII əsrin birinci yarısında inşa edilməsi bildirilir. Bina kvadrat formaya malikdir. Binanın divarının qalınlığı bir metrə yaxındır. Üstəlik pəncərələri məhəccərlərə sahibdir. Qapısı qalın metaldan ibarətdir. Bu isə binanın qala-ev xüsusiyyətinə malik bir tikilidir. Demək olar ki, əhəmiyyətli dekor elementlərinə sahib deyildir.
Oktyabr inqilabından sonra bina tədricən dəyişikliklərə məruz qalmışdır. Burada aparılan inşa işləri və dəyişikliklər zamanı onun ilkin görünüşü dəyişmişdir.
1970-ci illərdə binada Staroçerkassk tarix-arxitektur muzey-qoruğu terkəşirdi. Bu zaman binada restavrasiya və bərpa işləri aparılmışdır. Ancaq restavrasiya zamanı görünüş olaraq XIX əsr fasadı götürülmüşdür. Bina iki mərtəbədən ibarətdir. Üstəlik restavrasiya zamanı bayırdan pilləkən quraşdırılmışdır.
Bulabinin dönəmində — XVII və XVIII əsrlərdə binanın daxilində pilləkən olmuşdur. Binanın qalın divarları onu yalnız xaricdən qoruya bilərdi. Binanın birinci mərtəbəsini ələ keçirən artıq bütünlüklə onu nəzarətdə saxlaya bilərdi. Daxili pilləkənə sahib idi. Günümüzdə binada muzey ekspozisiya zalı yerləşir.
Həmçinin bax
Keçekyanın villası Qavalanın binası Dukmasovanın binası
İstinadlar
Mənbə Дом Булавина на Викимапии Kateqoriya:XVIII əsr memarlığı Kateqoriya:Rusiya tikililəri Kateqoriya:Rostov vilayəti muzeyləri