Premyer Liqa Qızıl Əlcək () — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004–05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013–14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.

Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur. Hartın və Çexin dörd mükafatıyla ingilislər və çexlər mükafatı ən çox qazanan millətlər olaraq ilk sırada yer alarkən, onları üç mükafatla ispanlar izləyir. Mükafatı ard-arda üç dəfə qazanan iki qapıçı Pepe Reyna və Co Hart olmuşdur.

Çex, mükafatın ilk dəfə verildiyi 2004–05 mövsümündə 21 oyunda qapısını toxunulmaz saxlayaraq bu mövqedə ən yaxşı nəticəni göstərən qapıçı oldu. Bu sayı 2008–09 mövsümündə Edvin van der Sar tərəfindən yenilənərək Çexin 10 oyun ard-arda qol buraxmama rekordu da Van der Sar tərəfindən 14 oyuna yüksəldildi. Mükafatı ən çox qazanan Hart isə, 2014–15 mövsümündə 14 oyunda qapısını toxunulmaz saxlayaraq ən az sayıda qolsuz oyun keçirərək bu mükafata sahib olan qapıçı ünvanını aldı. Çelsinin qapısını qoruyan Tibo Kurtua 2016–17 mövsümündə bu mükafata sahib oldu.

Qaliblər +Açar'''Oyunçu Oyunçu birdən çox mükafat qazanıbsa, adının qaşısında mötərizə içərisində qazandığı mükafat sayını göstərir.Eyni mövsümdə birdən çox mükafat qazananları göstərir.§Eyni mövsümdə qazanan oyunçunun klubunun eyni zamanda Premyer liqa qalibi olduğunu göstərir.

240px|thumb|right|Petr Çex ilk Premyer Liqa Qızıl Əlcək mükafatını qazanan qapıçı olmuşdur. +Premyer Liqa Qızıl Əlcək qalibləriMövsümOyunçuMilliyətKlubQol buraxmadanbitən oyunlarMənbə(lər)2004–05Petr Çex ÇexiyaÇelsi FK 212005–06Pepe Reyna İspaniyaLiverpul FK202006–07Pepe Reyna İspaniyaLiverpul FK192007–08Pepe Reyna İspaniyaLiverpul FK182008–09Edvin van der Sar HollandiyaMançester Yunayted FK 212009–10Petr Çex ÇexiyaÇelsi FK 172010–11Co Hart İngiltərəMançester Siti FK182011–12Co Hart İngiltərəMançester Siti FK 172012–13Co Hart İngiltərəMançester Siti FK182013–14Petr Çex ÇexiyaÇelsi FK162013–14Voyçex Şesni PolşaArsenal FK162014–15Co Hart İngiltərəMançester Siti FK142015–16Petr Çex ÇexiyaArsenal FK162016–17Tibo Kurtua BelçikaÇelsi FK 162017–18David de Xea İspaniyaMançester Yunayted FK182018–19 Braziliya Liverpul FK212019–20Ederson Braziliya Mançester Siti FK162020–21Ederson BraziliyaMançester Siti FK 192021–22 Braziliya Liverpul FK20Ederson BraziliyaMançester Siti FK 202022–23 İspaniya Mançester Yunayted FK17

Milliyətə görə qaliblər 240px|thumb|right|2009-cu ilin qalibi Edvin van der Sar, ard-arda 14 oyunda qapısını toxunulmaz saxlayaraq Premyer liqa rekordçuları arasında daxil olmuşdur. ÖlkəÜmumi Braziliya İspaniya İngiltərə Çexiya Hollandiya Polşa Belçika

Klublara görə qaliblər KlubÜmumiMançester SitiLiverpulÇelsiMançester YunaytedArsenal

Mənbə

İstinadlar

Kateqoriya:İngiltərə futbol kuboku və mükafatları