Sevil Qazıyevanın heykəli — Azərbaycan SSR-də ilk qadın mexanizator, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sevil Qazıyevanın şərəfinə ucaldılmış abidə. Ölümündən sonra Sevil Qazıyevaya Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Abidə 1970-ci illərin əvvəllərində ucaldılmışdır. Abidə Rusiya səfirliyinin binasının yanındakı bağda qoyulmuşdur. Heykəltəraş M. Rzayeva, arxitektor Ş. Zeynalovdur. 2002-ci ilin yayında, bağda abadlıq işləri görülən zaman, monumentin özü də rekonstruksiya olunmuşdur. Abidənin hər iki tərəfində orijinal dizaynlı fontanlar quraşdırılmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Münəvvər Rzayevanın əsərləri Kateqoriya:1970-ci ildə Azərbaycanda yarananlar