T-84 — Ukrayna istehsalı olan əsas döyüş tankı. Sovet istehsalı T-80 tankının daha inkişaf etdirilmiş variantdır. Tank ilk dəfə 1994-cü ildə hazırlanıb və 1999-cu ildən Ukrayna Silahlı Qüvvələrində silahlanmaya qəbul olunub. Yüksək performanslı mühərriki onu dünyanın ən sürətli tanklarından biri edir. Güc-çəki nisbəti hər tona 26 at gücü düşür (19 kW/t). Ən qabaqcıl versiyası olan Oplot tankından 2001-ci ildə Ukrayna ordusuna 10 ədəd qəbul olunub. T-84-120 Yatagan isə tankın ixrac versiyasının prototipidir. Bu versiyanın üzərində quraşdırılmış 120 mm-lik top standart NATO sursatı ilə yanaşı həm də, idarəolunan mərmilərdən atəş açmaq qabiliyyətinə malikdir.

300px|thumb|T-84-120 Yatagan

300px|thumb|T-84-120 Yatagan

Ukrayna istehsalı tank "T-84" Oplot tankı 46 ton ağırlığındadır və saatda 65 km sürətlə hərəkət edir. Sovet İttifaqının dağılmasından sonra Ukrayna T-80 tankını modernləşdirmək qərarına gəldi. Oplot-M bu yenilənmənin məhsuludur. Oplot-M-də yeni növ reaktiv zirehdən istifadə olunur. T-90-da olduğu kimi bu tankda da sursat əsas kabinədə yerləşir. Ukrayna tankı Qərb modelləri kimi sərrast deyil, amma düşmənin tanklarını effektiv vura bilər. Əksər cizgiləri T-90 tankına oxşardır.

thumb|300px|Ukraynaya məxsus olan T-84 Oplot M tankı 2012-ci ildə Eurosatory tank sərgisində

thumb|300px|Üzərində T-84 Oplot M tanklarının təsviri olan poçt markası

Satışı

Ukrayna Tankın ilk prototipi 1994-cü ildə hazırlanıb və elə həmin il daha bir neçə ədəd istehsal etmək qərara alınıb. 90-cı illərin sonunda sınaq proqramını uğurla keçməsindən sonra, bu tanklar 1999-cu ildə Ukrayna ordusuna qəbul olunub.

thumb|300px|T-84 Oplot M tankları Ukraynanın paytaxtı Kiyev şəhərində

Tailand 2011-ci ilin sentyabrında Xarkovda yerləşən Malişev zavodu ilin sonuna qədər bu tankların ilk partiyasının Tailanda təhvil veriləcəyini bildirdi. 200 milyon USD dəyərində olan müqaviləyə əsasən Ukrayna şirkəti Tailandı 49 ədəd T-84 “Oplot-M” tankı ilə təchiz etməli idi.

thumb|300px|T-84 Oplot M istifadəçiləri

Modelləri T-84U T-84 Oplot (Оплот) T-84 Oplot-M (Modernizasiya edilmiş model) BREM-84 (БРЕМ-84, Zirehli transportyor) BMU-84 (БМУ-84, Körpü tankı) BTMP-84 (БЕМП-84, Piyadanın döyüş maşını)

Xarici keçidlər

Həmçinin bax T-90

Kateqoriya:Ukrayna tankları