Mikayıl Əziz oğlu Nəzərov () — Azərbaycan sovet və partiya xadimi.

Həyatı Mikayıl Əziz oğlu Nəzərov 1933-cü ildə anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir.

1959-cu ildən "Azərneftgeofizika" trestində fəhlə, texnik-operator, idman cəmiyyətləri və təşkilatları ittifaqı rayon şurasının sədri olmuş, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Lenin Rayon Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi olmuşdur. 1968-ci ildən Azərbaycan KP Mərkəzi Komitəsinə irəli çəkilərək burada partiya-təşkilat işi şöbəsinin inspektoru, Mərkəzi Komitənin ikinci katibinin köməkçisi vəzifələrində işləmişdir. 1971-ci ildən Azərbaycan KP MK-nin Ticarət, plan və maliyyə orqanları şöbəsinin, 1981-ci ildən isə Ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur.

1986-cı ildən Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri olmuşdur. 1990-cı ildən Azərbaycan Respublikası Prezidenti Aparatının rəhbəri, 1991-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin işlər müdiri olmuşdur.

Mikayıl Nəzərov VIII–XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Mükafatları Mikayıl Nəzərov "Qırmızı əmək bayrağı" və "Xalqlar dostluğu" ordenləri ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin işlər müdirləri Kateqoriya:Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdirləri