Kosovo milli futbol komandası — Beynəlxalq müsabiqələrdə, müstəqil Kosovo Respublikasını təmsil edən futbol üzrə milli komanda. Kosovo Futbol Federasiyasının rəhbərliyi altında fəaliyyət göstərir.

Qısa tarixi 1993-cü ildə Yuqoslaviyanın süqutundan sonra bölgə özünün müstəqil futbol komandasını təşkil etmişdir. Kosovonun ilk qeyri-rəsmi oyunu Albaniya yığmasına qarşı baş tutur. Bu oyun albanların 3:1 hesablı qalibiyyəti ilə bitmişdir. Hazır ki, vəziyyətə görə kosovolular olduqca az oyun keçirmişlır. Onların böyük qismi isə peşəkar komandalara qarşı baş tutmuşdur. Kosovonun ən böyük hesablı qalibiyyəti 7:1 nəticə olmuşdur. Bu zaman komandanı Muxarrem Saxiti idarə edirdi. Kosovonun ən böyük uğurlarından biri Şimali Kiprdə keçirilən yarışmada əldə edilmişdir. 2005-ci ilin noyabrında baş vermiş yarışmada kosovolular ikinci yeri tutmuşlar. Yalnız yerli komandaya məğlub olmuşlar.

6 may 2008-ci ildə Kosovo Milli Futbol Federasiyası FİFA-ya komandanın rəsmən tanınması və FİFA-nın bütün turnirlərində iştirak etmədi üçün müraciət göndərilmişdir. Kosovo Milli Futbol Federasiyasınln Rezidenti Fadil Vokri bu müraciəti «tarixi an» elan edərək və Kosovonun FİFA-ya üzv seçiləcəyinə ümid bəslədiyini bildirmişdir. Kosovonun bu müraciəti qəbul edilməmişdir. Kosovonun müraciəti FİFA parlamentinin 10-cu maddəsini pozduğunu bildirərək onu qəbul etməmişlər. Əsas isə Kosovonun dünyanın bir çox ölkəsi tərəfindən tanınması idi.

2012-ci ilin dekabrında FİFA-nın futbol dünyası xəritəsinə yeni dövlət əlavə edilir. Belə ki, Tokiyada təşkil edilən toplantıda Kosovonun klubları, qadın futbol komandası, gənclər komandası yoldaşlıq oyunlarında iştirat etməsinə ixazə verilir.

3 may 2016-cı ildə Kosovo rəsmi olaraq UEFA-ya qəbul edilmişdur. 13 may 2016-cı ildə isə Kosovo FİFA-nın üzvü olur.

Kosovo milli futbol yığmasının ilk rəsmi səviyyətə oyunu 2018-ci il DÇ çərçivədində Finlandiyaya qarşı keçirmişdir (5 sentyabr, 2016). Baş məşqçiləri

Aet Şoşoli (1993) Muxarrem Saxiti (2005—2006) Edmond Ruqova (2006) Kuytim Şala (2006—2008) Albert Bunyaki (2009—)

Yığmanın tərkibi Sonuncu yarışmalardan biri isə 24 mart 2017-ci ildə baş tutmumdur. İstinadlar

Mənbə Kosovo milli futbol yığması

Kateqoriya:Avropa milli futbol komandaları