Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir.

Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur.Minzesheimer, Bob (26 March 2008). "Maya Angelou celebrates her 80 years of pain and joy". USA Today. Retrieved 11 January 2014.

Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi.Lupton (1998), p. 118. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır. Afro-amerika ədəbiyyatının tənqidçisi olan Liman B. Haqen qeyd edir ki, “mübarizənin davamlı mövzularına, özünü hiss etməyə və uzunmüddətli təhsilə sadiq olan "Bir qadının ürəyi" kitabı öz mərkəzi personajlarını tam bir şəxsiyyət nöqtəsinə daşıyır".Lupton (1998), p. 117. Kitabda Anjelunun ABŞ və Afrikadakı müxtəlif yerlərdə olması təsvir olunur, lakin qələmə aldığı ən önəmli səyahət “onun öz dünyasına səyahətidir".Lupton (1998), p. 119.

Haqqında 1981-ci ildə nəşr olunan "Bir qadının ürəyi" əsəri Maya Anjelunun yeddi avtobioqrafik əsərlər seriyasının dördüncü hissəsidir. Əvvəlki avtobioqrafiyaların hər birinin müvəfəqiyyəti və üç cilddən ibarət olan şeirlər kitabının nəşr olunması Anjeluya 1981-ci ildə böyük şöhrət gətirdi. Onun üçüncü şeirlər kitabı olan "Və mən hələ də yüksəlirəm" 1978-ci ildə nəşr olundu və Anjelunun bir yazıçı kimi müvəffəqiyyətini gücləndirdi. Anjelunun ilk şeirlər kitabı olan "Ölümümdən əvvəl mənə sadəcə sərin su ver" (1971) Pulitzer mükafatına namizəd oldu.Hagen, p. 118.

Yazıçı Culian Meyfild bildirir ki, Anjelunun fəaliyyəti yalnız digər qaradərili qadın yazıçılar üçün deyil, eləcə də bütün bəşəriyyət üçün avtobioqrafiya janrına aid gözəl bir nümunədir.Als, Hilton. (05 August 2002). "Songbird: Maya Angelou Takes Another Look at Herself" , The New Yorker. Retrieved 11 January 2014. Anjelu öz həyatı haqqında hekayələr yazaraq qaradərililər və qadınların azadlıq carçısı kimi tanınmış və hörmət qazanmışdır."Maya Angelou". Poetry Foundation. Retrieved 11 January 2014. Bu onu alim Coan Brakstonun qeyd etdiyi kimi "şübhəsiz ... Amerikanın ən görkəmli qaradərili qadın avtobioqrafı" etdi.Braxton, Joanne M. (1999). "Symbolic Geography and Psychic Landscapes: A Conversation with Maya Angelou". In Joanne M. Braxton, Maya Angelou's I Know Why the Caged Bird Sings: A Casebook. New York: Oxford University Press, p. 4. . Anjelu şəxsi həyatını ictimaiyyətlə müzakirə edən ilk afro-amerikalı qadın yazıçılardan biri idi və kitablarında özünü əsas personaj kimi  təsvir etməyə başladı. Yazıçı Hilton Als onu "öz şəxsiyyət və seçimlərinin daha çox mənfi tərəfini dürüst şəkildə işıqlandıraraq özünü ifşa edən qabaqcıl şəxs" adlandırır. Anjelu ikinci tərcümeyi-halı olan "Mənim adımda birlikdə toplaşaraq" əsərini tərtib edərkən, onu oxucuların onun fahişə olduğu barədə açıqlamasına necə reaksiya verəcəkləri narahat edirdi. Həyat yoldaşı Paul Du Fo "bir yazıçı kimi həqiqətləri söyləyərək" və "Bu mövzuda dürüst olmağı bacarmaq lazımdır" kimi fikirlər söyləyərək onu kitabını dərc etməyə təşviq etdi.Lupton (1998), p. 14.

"Bir qadının ürəyi" əsərinin satışa çıxarıldığı 1957-ci ildə Anjelu Off-Brodvey musiqi icmalında iştirak etdi, bu da sonralar onun heç vaxt kitabında bəhs etmədiyi bəstələriniMiller, John M. "Calypso Heat Wave" , Turner Classic Movies. Retrieved 28 March 2014. oxuduğu və ifa etdiyi ilk filmi olan "Kalipsonun isti dalğaları"-nı yaratmağa təşviq etdi. Həmçinin 1957-ci ildə onun ilk albomu olan "Xanım Kalipso" satışa çıxarıldı. Bu barədə də kitabda heç bir məlumat qeyd edilməmişdir. Sonralar 1995-ci ildə albom CD formatında çıxarıldı.Angelou, Maya (1993), Wouldn't Take Nothing for My Journey Now. New York: Random House, p. 95. . Alsın sözlərinə görə, Anjelu kalipso musiqisini kifayət qədər tanınmadığı və özünün də peşəkar artist kimi inkişaf eləmədiyi dövrdə oxumuş və ifa etmişdir. "Bir qadının ürəyi" əsərində qeyd edildiyi kimi, Anjelu nəhayət karyerası üçün yazıçı və şair kimi ifa etməkdən imtina edir. "Xanım Kalipso" əsərinin 1995-ci il versiyasının albom notlarının müəllifi Çak Fostere görə, o, musiqiyə öz karyerasında çox qısa yer vermişdirFoster, Chuck (1995). "1995 CD liner notes by Chuck Foster". Miss Calypso (CD). N.Y.: Scamp Records. 7905. Retrieved 11 January 2014. və bu barədə kitabda heç bir məlumat qeyd edilməmişdir. 

Adı The heart of a woman goes forth with the dawn, As a lone bird, soft winging, so restlessly on, Afar o'er life's turrets and vales does it roam In the wake of those echoes the heart calls home.

The heart of a woman falls back with the night, And enters some alien cage in its plight, And tries to forget it has dreamed of the stars While it breaks, breaks, breaks on the sheltering bars. -— "Bir qadının ürəyi", Georgiya Duqlas Conson Johnson, Georgia Douglas (1922). "The Heart of a Woman". In James Weldon Johnson (ed.), The Book of American Negro Poetry. New York: Harcourt, Brace, and Company. . Retrieved 16 January 2014. Anjelu dörüncü avtobioqrafik əsərinin adını Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürmüşdür. Tənqidçi Liman Haqen qeyd edir ki, bu onun "əvvəlki kitablarının adları qədər təsirli olmasa da",Hagen, p. 96. kitab üçün daha uyğundur, çünki Consonun poemasında qəfəsdə olan quş təsvir edilir və bu da adı Paul Lorens Dunbarın poemasından götürülən Anjelunun ilk avtobioqrafiyası ilə əlaqə təşkil edir. Başlıq Anjelunun ağrılı yalnızlığını göstərir və ilk cildində də mövcud olan mənəvi dilemmanı ortaya qoyur.Tinnie, Wallis (2002). "Maya Angelou". In Carolyn Perry and Mary Louise Peaks. The History of Southern Women's Literature. Baton Route, Louisiana: Louisiana State University Press. p. 521. ISBN 978-0-8071-2753-7. Consonun metaforadan istifadəsi Dunbardan fərqlidir, çünki onun əsərdə təsvir etdiyi quş irqçiliyi deyil, qadını təcəssüm etdirir. Qəfəsdə olan quş onun uğursuz nikahından sonra Anjeluya istinad edə bilər,Saunders, James R (October 1991). "Breaking Out of the Cage: The Autobiographical Writings of Maya Angelou". Hollins Critic 28 (4): 6. lakin yazıçı Meri Ceyn Lapton deyir ki, " Maya Anjelunun "Bir qadının ürəyi" əsəri çox qüvvətlidir və qəfəsdə saxlanılmaq üçün özünü müəyyən edir".Lupton (1998), p. 135.

"Qadın qəlbi" əsərində Anjelua ilk dəfə özünü digər bir qadın afro-amerikan yazıçısı kimi təqdim edir. Onun digər əsərlərində Ceyms Veldon Conson, Paul Lorens Dunbar və Uilyam Şekspir kimi bir sıra kişi personajlar təsvir edilmişdir. Anjelu qeyd edib ki, o, Anna Spenser, Cessi Fauset, Nella Larsen və Zora Niel Herston kimi qadın yazıçıların heyranıdır. Anjelunun bu kitab üçün ad seçimi qaradərili qadın yazıçı kimi onun irsini tamamlayır.Lupton (1998), p. 123.

Süjet xülasəsi left|thumb|247x247px|Anjelu Martin Lüter Kinqə "Bir qadının ürəyi" əsərindəki fəaliyyətini təsvir edir. "Bir qadının ürəyi"-ndə təsvir edilən hadisələr 1957 və 1962-ci illəri əhatə edir və Anjelunun sonuncu bioqrafiyası olan "Oxumaq, yellənmək və Milad kimi şən olmaq" əsərinin son hadisələrini davam etdirir. Anjelu və onun yeniyetmə oğlu Qay Kaliforniya ştatının Sausalito şəhərində gəmi evdə məskunlaşdılar.Angelou (1981), p. 4. Bir il sonra onlar San-Fransiskonun yaxınlığında kirayə ev tutdular. Müğənni Billi Holidey Anjelu və oğlunu tez-tez ziyarət edirdi və Qay üçün Anjelunun qaradərili kişilərin asılaraq edam edilməsinə həsr olunan sevimli nəğməsi olan "Heyrətamiz meyvə" əsərini oxuyur. Holidey Anjeluya deyir ki, “Sən məşhur olacaqsan, lakin bu məşhurluğu mahnı oxuyaraq qazanmayacaqsan”.Angelou (1981), p. 19. 1959-cu ildə Anjelu və Qay Nyu-York şəhərinə köçdü. Yerdəyişmə Qay üçün çətin oldu və Anjelu onu küçə avaralarından qorumağa məcbur idi. Artıq gücə klublarında ifa etməklə qane olmayan Anjelu özünü aktrisalığa, yazıçılığa, siyasi təşkilatlara və öz oğluna həsr etdi. Onun roman yazıçısı olan dostu Con Killens Anjelunu Harlen Yazıçılar Təşkilatına dəvət etdi. O, burada daha sonralar müşaviri olan Ceyms Boldvin də daxil olmaqla bir sıra mühüm afro-amerika incəsənət nümayəndələri ilə görüşdü. Beləcə Anjelu ilk dəfə nəşr yazıçı oldu.Hagen, p. 111 

Anjelu siyasi cəhətdən daha çox aktiv olmağa başlayır və afro-amerika nümayişləri və Afrikadakı etiraz mitinqlərində iştirak edir, o cümlədən Konqo Demokratik Respublikasının keçmiş baş naziri Patris Lumumbanın qətlindən sonra Birləşmiş Millətlər Təşkilatında davamlı etiraz aksiyaları keçirilməsinə kömək edərək insanları bu aksiyalara cəlb edir. O, Malkolm ilə rastlaşır və onun xarici görünüşü və cazibədarlığına vurulur. Martin Lüter Kinqin nitqini dinlədikdən sonra Anjelu və onun yoldaşı olan aktivist Qodfrey Kembric "Azadlıq uğrunda Kabare" adlı Kralın Cənubi Xristian Liderlik konfransı üçün uğurlu maliyyə toplama kampaniyasının yaradılmasından ilham alır. Kral onu Kralın Cənubi Xristian Liderlik konfransının Nyu-yorkdakı ofisinin koordinatoru adlandırır. O, Rosko Li Braun, Ceyms Örl Cons və Siseli Tayson ilə birlikdə Jan Qenetin "Qaralar" əsərini də ifa etmişdir. 

1961-ci ildə Anjelu Cənubi Afrikalı azadlıq döyüşçüsü Vusumzi Meyk ilə görüşür. Anjelu ilə Meyk heç vaxt evlənməyiblər, lakin o, Qay və Meyk ilə birlikdə Meykin Londonda və Qahirədə sürgündə olduğu müddətdə həyat yoldaşı kimi onun yanında olur. Onların əlaqələri mədəni münaqişələrlə doludur; Meyk Anjeludan onun ənənəvi evdar xanımı olmasını tələb edir və Anjelu isə işləyən bir qadının azadlığı üçün çalışır. O, Meykin digər qadınlarla dostluq etdiyini və pul xərcləməkdə məsuliyyətsiz olduğunu öyrənir, bu zaman Anjelu da "Ərəb müşahidəçi" qəzetində köməkçi redaktor vəzifəsində fəaliyyət göstərir. Onların münasibətləri dostluq cəmiyyəti tərəfindən araşdırılır və Anjelu və Meyk sonunda bir-birindən ayrılırlar. Anjelu Liberiyada bir işdə çalışmağı qəbul edir və o Qay ilə birlikdə oğlunun qəbul olduğu kollecin yerləşdiyi Akkra şəhərinə səyahət edir. Qay bir avtomobil qəzasında ciddi şəkildə yaralandığı üçün Anjelu Qana Universitetində işə başlayır və oğlu sağalana kimi orada qalır. "Bir qadının ürəyi" Anjelunun Qay ilə kollecdən ayrılmağı ilə başa çatır və Anjelu özünü belə izah edir: "Nəhayət, mən sonunda toyuğun qovrulmuş döş ətinin hamısını özüm yeməyi bacardım".Angelou (1981), p. 336. 

Janrı