Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov () — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (1989).
Həyatı Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində, akademik Mirəsədulla Mirqasımovun ailəsində anadan olub. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib.
AMEA Fizika İnstitutunda (1963–1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Fizika-riyaziyyat elmləri doktoru idi. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
2025-ci ilin fevralında vəfat edib.
İstinadlar
Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:Mirqasımovlar