İvan Nikitoviç Kojedub (; )— sovet hərbi xadimi, Böyük Vətən müharibəsi dövründə hərbi təyyarəçi. Üç dəfə Sovet İttifaqı Qəhrəmanı (04.02.1944Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза офицерскому составу военно-воздушных сил Красной Армии" от 4 февраля 1944 года // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 17 февраля (№ 10 (270)). — С. 1, 1944, 1945).

Həyatı İvan Kojedub 8 iyul 1920-ci ildə Ukrayna SSR-in Çerniqov quberniyasının (indiki Sumı vilayəti) Obrejievka kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun arzusu təyyarəçi olmaq idi. Buna görə də, o əvvəlcə aerokulbda məşğul oldu, sonra təyyarəçilik məktəbini bitirdi. 1934-cü ildə Şostka şəhərində kimya-texnologiya texnikumunu bitirmişdir. 1940-cı ildə Qırmızı Ordu sıralarında hərbi xidmətə yola düşmüşdür. Elə bundan bir qədər sonra — 1941-ci ildə çavuş, 23 fevral 1942-ci ildə baş çavuş rütbəsinə layiq görülmüşdür. O, Böyük Vətən müharibəsi başladıqdan sonra, bir qədər gec — 1943-cü ilin iyulunda cəbhəyə göndərilmişdir. İvan Kojedub ilk qələbəsini Kursk səmasında, sonuncu qələbəsini Berlin göylərində qazanmışdır. 330 döyüş uçuşu keçirmiş, 120 hava döyüşündə iştirak etmiş, artıq 25 yaşında düşmənin 62 təyyarəsini vurmuşdur. O, bütün bu uğurları cəmi 2 ilə qazanmışdır. Müharibədən sonra Kojedub yazmışdır: " Döyüşdə o kəs qələbə qazanır ki, təyyarə və silaha çox yaxşı yiyələnir, düşməni hücumda qabaqlayır, lazımi manevr edir və təşəbbüsü ələ alır". İ. N. Kojedub İvan Kojedub da belə təyyarəçi olub. Elə buna görə də 2 ilə üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. (04.02.1944, 19.08.1944, 18.08.1945) Onun hazırladığı təyyarəçilərin bəziləri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Əlli ilə yaxın Sovet ordusunda xidmət edən Kojedub SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Sovet İttifaqı Kommunist Partiyasının qurultaylarında nümayəndə seçilmişdir. Aviasiya marşalı İvan Kojedub 8 avqust 1991-ci ildə Moskva şəhərində vəfat etmişdir.

Hərbi rütbələri çavuş (1941), baş çavuş (23.02.1942), kiçik leytenant (15.05.1943) leytenant (5.08.1943), baş leytenant (10.11.1943), kapitan (24.04.1944), mayor (19.11.1944), podpolkovnik (20.01.1949), polkovnik (3.01.1951), Aviasiya general-mayoru (3.08.1953), Aviasiya general-leytenantı (27.04.1962), Aviasiya general-polkovniki (29.04.1970), Aviasiya marşalı (7.05.1985).

Mükafatları Üçqat Sovet İttifaqı Qəhrəmanı (04.02.1944, № 1472; 19.08.1944, № 36; 18.08.1945, № 3). İki dəfə Lenin ordeni (04.02.1944; 21.02.1978). Yeddi dəfə Qırmızı Bayraq ordeni (22.07.1943, № 52212; 30.09.1943, № 4567; 29.03.1945, № 4108; 29.06.1945, № 756; 02.06.1951, № 122; 22.02.1968, № 23; 26.06.1970, № 537483). Aleksandr Nevski ordeni (31.07.1945, № 37500). I dərəcəli Vətən müharibəsi Ordeni (06.04.1985) İki dəfə Qırmızı Ulduz ordeni (04.06.1955; 26.10.1955)

Qalereya

Ədəbiyyat Uşaq ensiklopediyası. II cild. Bakı, 1988. səh. 120 Кожедуб И.Три сражения.—М.: Воениздат НКО СССР, 1945.— 40с. Служу Родине.— М.— Л.: Детгиз, 1949. Праздник Победы.— М., 1963. Кожедуб И. Н.Верность отчизне.—М.: Детская литература,, 1969, 1975.— 430с.—100000 экз. Друзья-однополчане.— М.: Детская литература, 1975. Иван Кожедуб.Верность отчизне. Ищущий боя.—М.: Яуза, Эксмо, 2006.— 608с.— (Сталинские соколы).—5000 экз. Кожедуб И. Н.Неизвестный Кожедуб. Служу Родине .—М.: Яуза, Эксмо, 2009.— 368с.— (Величайшие советские асы).—4000 экз.

Xarici keçidlər Очерк о жизни и творчестве И. Кожедуба.(укр.). Биография Ивана Кожедуба/Бодрихин Н. Г.Советские асы. Очерки о советских лётчиках.—М.: ЗАО КФК "ТАМП", 1998. Подробно обснятый Ла-7 Ивана Кожедуба в музее Монино (50 фото). Fotoşəkillər 176 GIAP Кожедуб И.Три сражения.—М.: Воениздат НКО СССР, 1945.— текст книги на сайте"Военная литература". Кожедуб И. Н.Верность Отчизне. Биография Ивана Кожедуба. АвиаХобби. Самолёт Кожедуба. Иван Кожедуб. Трижды Герой Советского Союза Кожедуб И. Н. и Кременчуг . Советский ас Иван Кожедуб, две стороны одной медали.

İstinadlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Aviasiya marşalları Kateqoriya:Üç dəfə Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:Koreya müharibəsi iştirakçıları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ xalq deputatları Kateqoriya:SSRİ-nin aviasiya marşalları