Başqırdıstan Dövlət Aqrar Universiteti () — Ufa şəhərində yerləşən, kənd təssərrüfatı üçün mütəxəsislər yetişdirən təhsil mərkəzi.

Tarixi Başqırdıstan Kənd təsərrüfatı institutu SSRİ Xalq Komisarlar Soveti və Mərkəzi İcrayiyə Komitəsinin 23 iyul 1930-cu ildə 237 saylı qərarı ilə təşkil edilmişdir. İnstitut Ufa Din Seminariyasının binasında yerləşirdi. Təhsil müəssisəsi 1 oktyabr tarixində fəaliyyətə başlamışdır.

1941-ci ildə institut Ufa şəhəri, Karl Marks küçəsi, ev № 3 ünvanında yerləşirdi.

Müharibənin ilk illindəcə institutdan cəbhəyə yüz pedaqoq və tələbə yollanmışdır. Müharibənin gedişində 176 aqromon və zootexnik hazırlanmışdır.

1947-ci ilin əvvəllərinə olan məlumatına görə tələbə sayı 533 nəfər təşkil edir: aqronom 237, zootexnika — 156, veterenar — 140.

1993-cü ildə institut "Universitet" statusu almışdır.

2001 — "Başqırdıstan Dövlət Aqrar Universitetinin" elmi xəbərlər jurnalı buraxılır.

2013 — BDAU elektron jurnalı işıq üzü görür.

Rəbərləri 1930–1933 — Asadullin Əbdürrəhman Qiniyatulloviç. 1933–1937 — Qumerov Midxat Nazmudinoviç. 1938–1939 — Eqorov Leontiev İvanoviç. 1939–1941 — Qaynullin Taji Rafaquddinoviç. 1941–1943 — Pşeniçnı Pavel Dmitrieviç, Lenin ordenli. 1943–1950 — Rudko Konon Fesedoviç. 1950–1951 — Smorodin Qeorqi Stepanoviç. 1951–1954 — Ermolayev Aleksey Konstantinoviç. 1954–1964 — Sokolov Aleksandr Pertoviç. 1964–1973 — Baxtizin Nazif Rayanoviç. 1973–1983 — Baykov Aleksandr Mixayloviç. 1983–1988 — Şepanski Oleaq İvanoviç. 1988–1999 — Radik Minnixanoviç Başırov, professor, texniki elmlər namizədi, Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü. 1999–2007 — Nedorezkov Vladimir Dmitrieviç, professor, kənd təsərrüfatı elmlər doktoru. 2007–2008 — Qimayev Eldar Raisoviç, hüquq elmlər dokdoru. 2008. — İldar İsmaqiloviç Qabitov, professor, texniki elmlər namizədi, "Başqırdıstan Respublikası elmlər xadimi".

Fakültə və kafedraları Təhsil 7 fakültədə aparılır: Aqrotexnologiya və meşə təsərrüfatı Biotexnologiya və veterenar tibbi Mexanika Tikinti Energetika Qida texnologiya İqtisadiyyat

Mənbə Официальный сайт БГАУ

İstinadlar

Kateqoriya:Başqırdıstan universitetləri Kateqoriya:Başqırdıstan Dövlət Aqrar Universiteti Kateqoriya:Ufada təhsil Kateqoriya:Ufa tikililəri