() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadir quşdur.

Kateqoriyası (LC).https://www.iucnredlist.org/species/22693712/155534228 IUCN Mənfi təsirlərə həssasdır.

Genefond əhəmiyyəti Azərbaycanda cinsin tək növüdür.

Qısa təsviri İri cüllütlərdən biridir (250-400 q). Dimdiyi nazik, uzun və yuxarıya tərəf çox əyridir. Ayaqları uzun və göyümtüldür. Başının və boynunun üstü qaradır. Qanadlarının üstündə enli qara zolaqlar var Tuayev D.Q., Vasilyev. Charadriiformes-Cüllütkimilər dəstəsi. Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 221;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;.

Yayılması Avropa, Asiya və Afrikada yayılıb Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;. Azərbaycanda dənizin və daxili su hövzələrinin sahillərində yayılıb Tuayev D.Q., Vasilyev. Charadriiformes-Cüllütkimilər dəstəsi. Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 221;Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;.

Yaşayış yeri və həyat tərzi Şorəkət torpaqlı və dayaz su olan bataqlıqda yaşayır. Azərbaycanda 3 populyasiyası var: miqrasiya dövründə Azərbaycandan keçənlər, burada nəsil verənlər, burada qışlayanlar Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 181;Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;. Azərbaycan şəraitində nəsilvermə xüsusiyyəti öyrənilməyib. Başqa ölkələrin ədəbiyyatına Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279; əsasən 5-10 yuvadan ibarət kiçik koloniyalar əmələ gətirir, 3-4 yumurta verir, 24-25 gün kürt yatıb bala çıxarır. Dimdiyini duru lilə batırıb, oradan tapdığı xərçəng, molyusk və başqa onurğasızlarla, bəzən də bitki toxumu ilə yemlənir Mustafayev Q.T., Məmmədov A.T. Azərbaycanın kolonial quşları. Bakı, “Nasir”, 2006, s. 59-60;Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;.

Sayı 1940-ci illərə qədər çoxsaylı qışlayan növ hesab edilib Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 119;Тугаринов А.Я., Козлова Е.В. Зимовка птиц в Талыше // Тр. Аз. ФАН ССР. Серия зоология. Баку, 1935, ТОМ XVIII, с. 44-45.. Burada nəsil verməsi qeyd olunmayıb. 1960-1970-ci illərdə Azərbaycanda qışlaması, həm də nəsil verməsi məlum olub Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 274-279;. 1994-cü ilin qışında 9470, reproduksiya dövründə 210, 2004-cü ilin qışında isə 6100, reproduksiya dövründə 108 fərdi qeyd olunub (Mustafayev). Beləliklə, qışlama və nəsilvermə dövründə sayında azalma müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Bataqlıqların təsərrüfat sahəsinə çevrilməsi, səs-küyün çoxalması, dayaz subasarlara yırtıcı heyvanların maneəsiz daxil ola bilməsi, növün xüsusi qorunma statusunun yoxluğu.

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq biotoplarında olan yasaqlıqlar əsas yaşama yerləridir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Nadir quş statusu ilə qorunmalıdır. Yuvaladığı sahələrdə ovçuluq qadağan edilməli, səs-küy azaldılmalı, çaqqal, tülkü, pişik kimi yırtıcıların sayı tənzim olunmalı, növün vəziyyəti əhaliyə izah edilməlidir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:Cənubi Afrika quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar