() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir — EN A2c; D. Nadir növdür.
Arealı İranın mərkəzində və şimal hissələrində yayılmışdır.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaq çox da iri deyil, oval, xaricdən sarımtıl, qəhvəyi rənglidir. Gövdə 20–35 sm hündürlüyündədir. Yarpaqlar yaşıl-göyümtül, yarımgövdəni qucaqlayan, uzun, ellipsvari və ya uzun, xətvari-neştərşəkillidir, 0,5–1 (1,5) sm enində, böyük hissəsi yuxarı tərəfin orta hissəsində yerləşir. Çiçəklər tək, zəngvari, iylidir. Çiçəkyanlığı 2,5–3 sm uzunluqdadır. Tərəfləri ellipsvari, küt, yaşılımtıl-qəhvəyi, tünd-qəhvəyi, şahmat rəsmindədir. Sütuncuq öz uzunu boyu 1/3 ölçüdə 3 ağızcığa bölünmüşdür. Qutucuq tərs-yumurtavari, küt səthlidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvə əmələgətirmə iyun ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Meşələrdə, otlu mezofil yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.
Yayılması Diabar.
Sayı və tendensiyası Populyasiyalarına az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər Antropogen (Əhali tərəfindən yığılması) və zoogen amillər.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin tapılması vacibdir.
İstinadlar
Həmçinin bax