() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN B2b(ii, iii,) c (ii). Azərbaycanın nadir, Qafqazın endem növüdür.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. 2,5-3 sm hündürlükdə, 7-10 mm enində soğanaqlı bitkidir. Açıq boz qınla örtülüb, gövdəsi 8-12 sm hündürlükdə, sayı 2-dir. Qövsvari əyilmişdir, ensiz xətvaridir, 2-3 mm enindədir. Çiçəkləri qalxanvari çiçək qurupunda toplanmışdır. Çiçək saplağı çiçəkdən iki dəfə uzundur, çiçəkləri tam açıq deyil, ləçəkləri 5 mm uzunluğunda, 2 mm enindədir. Rəngi açıq-göy, ölçüsü erkəkcikdən uzundur. Meyvəsi üçtilli, şişkindir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə, meyvə əmələgətirmə dövrü aprel-may aylarına təsadüf edir. Kseromezofitdir soğanaqla çoxalır. Düzənlikdən orta dağ qurşağına qədər ərazilərdə bitir. Dekorativ bitkidir.
Azərbaycanda yayılması Naxçıvanın dağlıq hissəsində (Şahbuz və Culfa rayonlarında).
Sayı və tendensiyası Populyasiyaları azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Əhali tərəfindən yığılması itmə təhlükəsi yaradır.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri yoxdur.
Sinonimləri Homotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər