() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu A2c+3c. Azərbaycanın nadir növüdür. Qafqazın endemikidir.

Botaniki xarakteristikası Kökümsovu qısa, əyri, çoxlu qaytanlı kölər ilə çoxillik ot bitkisidir. Yarpaqlar uzunsov-yumurtavari və ya oval-lansetvari, üst tərəfdə küt, dairəvi kənardan yarımdairvi-dişiciklidir, üst tərəfdə yaşıl, çılpaq, alt tərəfdə nazik, ağkeçəlidir. Çiçək qrupu çətirvari, 3-10 çiçəklidir. Kasacıq darborulu, silindrvari, 15 mm uzunluqda, 26–30 mm enindədir. Tac sarı, qutucuq oval, kasacığa bərabərdir. Toxumlar oval, nöqtəvari –təpəcikli, künclü, qara, 1,5 mm uzunluqdadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir, Alp qurşağının çəməliklərində rast gəlinir. Dekorativ bitkidir.

Yayılması Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəz hissələri.

Sayı və tendensiyası Populyasiyanın sayı azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen amillərin məhdudlaşdırcı təsiridir (çiçəklərin yığılması, mal-qaranın otarılması nəticəsində tapdalanma). 

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur. 

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar