Sarı peloziya-() Buğumayaqlılar tipinin Pulcuqqanadlılar dəstəsinin Ayıcalar fəsiləsinə aid olan növ

Xarici quruluşu Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 12–13 mm-dir. Ön qanadları açıq sarı rəngdə olub, üzərində köndələn yerləşən tünd nöqtələr vardır. Arxa qanadları qonuru-sarı rəngdədir.3–4 mm uzunluqda kiçik tırtıllara malikdir.

Həyat tərzi Nadir növdür. Azərbaycanın faunası üçün yenidir. Mayda tırtıllar puplaşmış və onlardan kəpənəklər çıxır. Pupun inkişafı 15 gün çəkir. Bu ayıca suda bitən qamışla da qidalanır.

Yayılması Azərbaycanda bu növ subtropik iqlimə malik olan Lənkəran vilayətinin düzən və dağətəyində yayılmışdır. Kəpənəkləri Lənkəranın yuxarı Apo kəndində, Xanbulaqçayda tapılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Pulcuqluqanadlılar