Burunlu (şişovurd) eliya () — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ.

Xarici quruluşu Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir.

Həyat tərzi Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur. Biologiyası Şişbaşlı eliyaya oxşardır.

Yayılması Azərbaycanda düzən, dağətəyi və dağlıq rayonlarda yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həşəratlar