Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində Nizami və Qəmbər Hüseyinli küçələrinin kəsişməsində yerləşən məscid və memarlıq abidəsi. Sofulu məhəlləsində tikilən məscid XIX əsrə aiddir. Məscid məhəllənin sakini Hacı Qədimin vəsaiti hesabına tikildiyinə görə məhəllə sakinləri məscidə Hacı Qədim məscidi də deyirlər. Məscid günbəzsizdir.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Sofulu məscidi də bu dövrdə ibadətə bağlanıb.
Həmçinin bax Sofulu məhəlləsi Hüseyniyyə məscidi
İstinadlar
Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə məscidləri Kateqoriya:Arran memarlıq məktəbi