Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı.

Haqqında "Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.

24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdırAzərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 1997-ci il tarixli Fərmanı — anl.az saytı.

27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar.

Jurnalın şöbələri Poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq, publisistika.

Müxtəlif illərdə jurnal aşağıdakı adlarla çıxıb "Maarif və mədəniyyət — 1923–1927-ci illərdə "İnqilab və mədəniyyət" — 1928–1936-cı illərdə "Revolyusiya və kultura" — 1936–1941-ci illərdə "Vətən uğrunda" — 1941–1946-cı illərdə "İnqilab və mədəniyyət" — 1946–1952-ci illərdə "Azərbaycan" — 1953-cü ildən bu günə kimi

Baş redaktorları Tağı Şahbazi Simurq — 1923 Cəlil Məmmədzadə — 1924–1926 Ruhulla Axundov — 1927–1928 Mustafa Quliyev — 1929–1932 Museyib Şahbazov — 1932–1933 Hacıbaba Nəzərli — 1934 Məmməd Kazım Ələkbərli — 1934–1936 Mirzə İbrahimov — 1938–1941 Məmməd Arif — 1942–1945 Mehdi Hüseyn — 1946–1950; 1954 Əbülhəsən — 1952–1953 Əli Vəliyev — 1954; 1958–1959 Əhməd Cəmil — 1959–1960 Qılman Musayev — 1963–1966 Cəlal Məmmədov — 1966–1975 İsmayıl Şıxlı — 1976–1978 Əkrəm Əylisli — 1978–1983 Cabir Novruz — 1984–1987 Yusif Səmədoğlu — 1987–1997 İntiqam Qasımzadə — 1997 -dən bu günə kimi.

Həmçinin bax

Literaturnı Azerbaycan Ulduz (jurnal) Qobustan (jurnal)

İstinadlar

Xarici keçidlər

Jurnalın arxivi (2008,9,10,11) 2015-dən 2025-ə bütün sayları (PDF)

Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Azərbaycan Yazıçılar Birliyi Kateqoriya:28 yanvarda yarananlar Kateqoriya:1923-cü ildə Azərbaycanda yarananlar