İsrail Aerokosmik Sənayesi (, ha-ta'asiya ha-avirit le-yisra'el) və ya qısa adı ilə IAI (תע"א) — İsrailin həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. 2013-cü il məlumatına əsasən şirkətin 16,000 nəfər əməkdaşı var. IAI şirkətinin bütün səhmləri İsrail dövlətinə məxsusdur.

IAI mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.

IAI-nin əsas istiqaməti aviasiya və kosmik sənaye olmasına baxmayaraq, şirkət, həmçinin quru və dəniz qüvvələri üçün də müxtəlif hərbi təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Bu məhsullar xüsusilə İsrail Silahlı Qüvvələrinin ehtiyacını ödəmək məqsədilə hazırlansa da, bəzi xarici ölkələrə də ixrac edilir.

Həmçinin bax İsrail Silahlı Qüvvələri İsrail Hərbi Hava Qüvvələri Şimon Peres

Xarici keçidlər

Israel Aerospace Industries — rəsmi sayt. IAI Space Systems IAI Space Division

Kateqoriya:İsrail Silahlı Qüvvələri Kateqoriya:1953-cü ildə yarananlar Kateqoriya:Aviasiya sənayesi