Riqa Beynəlxalq Hava Limanı — Latviyanın əsas hava limanı. Şəhər mərkəzindən 13 km aralıda, Marup diyarı ərazisində yerləşir.
Riqa hava limanı Rribaltika regionunun ən iri yük və sərnişin dövriyyəsinə sahibdir. Riqadan dünyanın düz 31 ölkəsinə bir başa reyslər təşkil edilir. Hava limanı Latviya Respublikasının Rabitə Nazirliyinin balansındadır. 5 Latviya aviaşirkəti üçün baza funksiyasını daşıyır:airBaltic, Raf-Avia, SmartLynx, Inversija, Vip Avia. Hava limanının ən iri şirkəti airBaltic-dir.
Müasir vəziyyət thumb|left| 2005-ci ildə Münhendə Beynəlxalq hava limanları birliyinin Avropa təşkilatı Riqa hava limanını Avropanın ən yaxşı hava limanı olaraq təstiqləmişdir. Burada illik sərnişin daşıma 5 milyonu keçir.
17 oktyabr 2008-ci ildə uçuş-eniş zolağı yenilənmişdir. Onun uzunluğu 650 metrdən 3,2 kilometrə qədər uzanmışdır. Rəsmi istifadəyə 30 oktyabrda baş tutmuşdur. Bu işlərin tamamlanması üçün 23, 58 mln avro (16,51 mln lat) xırclənmişdir.
2009-ci ildə Riqa Beynəlxalq hava limanı ilk dəfə olaraq «Top-100» reytinq cədvəlinə düşmüşdür. Burada həmin ilin 24-30 avqust tarixlərində 66,427 sərnişinə xidmət göstərilmişdir. +Xidmət göstərilən sərnişinlərin sayı (min. nəf) 1993 1994 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 20092010 2011 2012 2013 2014 2015 2016310 398 504 506 535 555 562 574 623 633 712 1 060 1878 2495 3161 3691 4066 4664 51074768 4793 4814 5162 5400 2009-cu ildə sərnişin dövriyyəsi 10,2 %, 2011-ci ildə isə 9,5 % təşkil etmişdir.
Daşıma və təyinat yeri
Aeroflot - Moskva (Şeremetovo)
airBaltic - Amsterdam, Barselona, Berqen, Berlin, Billunn, Brüsel, Budapeşt, Buxarest, Varşava, Vyana, Vilnyus, Hamburq, Dyuseldorf, Kalininqrad, Kiyev, Kopenhagen, Minsk, London, Milan, Moskva (Vnukovo (30 oktyabr) Domodedovo, Şetemetovo), Münhen, Olesunn, Oslo, Roma, Palanqa, Paris, Stavanger, Sankt-Peterburq, Stokholm, İstanbul, Tel-Əviv, Aberdin, Abu-Dabi, Tiflis, Bakı, Turku, Helsinki, Sürix, Frankfurt Mövsümü: Aberdin, Abu-Dabi, Afina, Bakı, Burqas, Varna, Venesiya, Göteburq, Larnaka, Malta, Nissa, Kişinyov, Odessa, Olbiya, Palma-de-Malyorka, Poprad, Rieka.
Belavia - Minsk
Finnair - Helsinki
LOT Polish Airlines - Varşava
Lufthansa - Frankfurt
Norwegian Air Shuttle - Kopenhagen, Oslo, Stokholm, Trohryn.
Ryanair - Berqamo, Bremen, Vese, Qlazqo, Dublin, İst-Midlends, Köln, (26 oktyabr 2014),Lids-Bradford (26 oktyabr 2014), London, Mançester, Oslo, Frankfurt Şarleura (26 oktyabr 2014) Mövsümü: Milan (2 iyun 2014)
SmartLynx Airlines - Antalya, Afina, Burqas, İraklion, Las-Palmas-de-Qran-Kanasiya, Lüksemburq, Monastr, Tenerife, Xurqada, Şarm-eş-Şeyx
Turkish Airlines - İstanbul.
YOTAir - Moskva (Vnukovo)
YOTAir - Kiyev
Uzbekistan Airways - Con-Kennedi (Nyu-York), Daşkənd
Wizz Air - Barselona (22 iyun 2014), Berqen, Bove (20 iyun 2014), Dortmunt (31 avqust 2014), London, Oslo
Onur air - (Mövsümü) Altalya
Nəqliyyat Hava limanından şəhər mərkəzinə istər taksi istərsə ictimai nəqliyyat vastələri ilə getmək mümkündür. Riqa avtobları bir başa hava limanına gedir. 22 nömrəli maşrut şəhər mərkəzindən hava limanına gedir. Hərəkət intervalı 10-30 dəqiqədir. Abtobusla məsafə 30 dəqiqəyə qət edilir. Bir nəfərlik gediş haqqı 2 avrodur. Airport Expressə aid mikroavtobuslar E. Kursiruet terminalının önündən yola çıxır. Mikroavtobuslarla şəhər mərkəzinə hətəkət cəmi 20 dəqiqə çəkir.
Mənbə Rəsmi sayt
İstinadlar
Kateqoriya:Latviya hava limanları