Ətrəngi birəotu (Elmi adı — Pyrethrum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013http://redbook.az/?options=project&id=%C6%8Ftr%C9%99ngi%20bir%C9%99otu
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdəsi 25–80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10–15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır.Флора Азербайджан, 1961
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir. Mezofit bitkidir. Subalp qurşağının çəmənlərində rast gəlinir. Dərman və dekorativ bitkidir.Растительные ресурсы СССР, 1993
Yayılması Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu –Sudur və Ləzə kənd ətrafları) və qərb hissəsi, Kiçik Qafqazın şimal hissəsi (Göygöl rayonu – Göygöl qoruğu ərazisində Göygöl ilə Maralgöl arasında, Tovuz rayonu –Böyük Qışlaq kəndi).Mustafayeva S. C., 2008
Sayı və tendensiyası Populyasiyaya az rast gəlinir. Təhlükə amillərinin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər Yayıldığı ərazilərdə ot çalındığı üçün bitki toxumlama fazasına çata bilmir.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum banklarında toxumlarının saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərini axtarmaq.
İstinadlar Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar Kateqoriya:Dağtərxunu