() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Qısa morfoloji təsviri Hündürlüyü 20 (25) m olan ağacdır. Cavan budaqları yapışqanlıdır, çılpaq və ya bəzən yumşaq tüklüdür. Yarpaqları enli-əksinə yumurtaşəkilli,dəyirmi, bəzən ovaldır, uzunluğu 6-15 sm, qaidə hissəsində enli-pazşəkillidir, uc hissədə az uzanmışdır, kənarları ikiqat-dişlidir, 8-10 cüt damarları vardır, alt tərəfdən damarların küncləri sarı rəngli sıx keçə kimi saqallıdır və üst səthi qismən tüklüdür. Saplaqlarının uzunluğu 5 sm-ə qədərdir. Bar verən salxımları uzunsov olub,uzunluğu 16-20 mm-dir, 3-5 ədəd olmaqla meyvə saplağında yerləşmişdir, uzunluğuna görə onlara bərabər və ya bir az daha qısadır. Fındıqcalar yastıdır, dar qanadlı və ya qanadsızdırlar. Aprel ayında yarpaqların açılması ilə bir vaxtda çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir.
Azərbaycanda yayılması Samur-Şabran oval., Alazan-Əyriçay, Kür düz., Lənk. oval.Əsasən ovalıqlarda və orta dağ qurşağına qədər.
Yaşayış mühiti Rütubətli yerlərdə, çay vadilərində və sahillərində rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Oduncağı yumşaq,çoxqatlı olduğuna görə xarrat işlərində, mıx hazırlanmasında və s. istifadə olunur. Qabığının tərkibində aşı maddəsi vardır və bundan başqa parçaları qara,qırmızı və sarı rəngə boyamaq üçün istifadə olunur. Qozalarılarından hazırlanmış məlhəm kolit və dizenteriyada müalicə məqsədilə istifadə olunur. Tozcuğununşəkərlə qarışığı arılar üçün yem hesab olunur.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər