Triozidlər fəsiləsi-() Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə.

Xarici quruluşu Aydın ayrılmış başı, çox üfürülməmiş, dartılmış ortadöşü olan qamətli cücülərdir. Qabaq qanadları zarlı olub, adətən naxışsız az-çox dərəcədə qabarıq kostal kənarlıdır. Zirvəyə doğru getdikcə tədricən küncvari daralır. Pterostiqması yoxdur. Üç əsas damar öz başlanğıcını qanadın kökündəki eyni nöqtədən götürür. Arxa baldırlarının başında 3 və ya 4 (1+2+1) sıçrayış tikanları vardır, pəncələrində sıçrayış tikanları yoxdur.Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004 Həyat tərzi Geniş yayılaraq, hündür dağlara qalxırlar. Trofik cəhətdən həm ot, həm də ağac bitkiləri ilə əlaqədardır.

Yayılması MDB-də 75, Zaqafqaziyada 70-ə yaxın, Azərbaycanda 30-a qədər növü vardır. Bir çoxları meşə, bağ və tarla bitkilərinin ziyanvericiləridir. Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Təsnifatı

İstinadlar

Ədəbiyyat Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər QƏRİb məMMƏdov mahmud xəLİlov Triozidae (Jumping Plant Lice) Trioza urticae

Həmçinin bax

Kateqoriya:Bərabərqanadlılar