Şəki mədəniyyəti — Şəki rayonunun və Şəki şəhərinin mədəniyyəti. Şəki şəhəri eramızdan əvvəl VIII əsrdə salınmışdır və ilkin dövrdə "Sakasena" və ya "Sake" adlandırılmışdır. Bu toponim skiflərin bir hissəsi olan sakların adı ilə bağlıdır. IX–X əsrlərə aid ərəb tarixçi-coğrafiyaşünasları bölgə əhalisinin milliyyətini "Şəki xalqı", bəzən isə udiləri bildirən "ud" kimi təyin edirdilər.

Şəkidə Azərbaycan dilinin xüsusi bir dialekti danışılır. Oleq Mudrak tərəfindən həyata keçirilən dillər arasındakı uyğunluq analizinə və morfologiya və tarixi fonetikaya əsaslanan qlottoxronologiya metodlarına əsasən Nuxa dialektinin ümum-Azərbaycan dilindən ayrılması Əmir Teymurun (~1360-cı il) dövrünə gedib çıxır. XVIII əsrdə Şəki xanlarının saraylarında bir çox şair yaşayıb yaradırdı. Onlardan Hacı Məhəmməd, Rafel, Zari, Şəki xanı Məhəmmədhüseyn xan Müştaq saray şeir ənənələrinə sadiq qalaraq, nəzirəçiliyə davam edirdilər. İsmayıl bəy Nakam isə 7 əsər ("Divani- bədi", "Xəyalati-pərişan", "Gəncineyi ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Dörd əfəndi", "Lətifənamə") müəllifi olmuşdur. Onun "Leyli və Məcnun" və "Fərhad və Şirin" əsərləri Nizami Gəncəvi təsiri ilə yazılmışdır.

XVIII əsr Şəki tarixində, xüsusilə onun memarlığında "yüksəliş dövrü" və ya "qızıl dövr" sayıla bilər. XVIII əsrdə Şəki mühüm mədəniyyət mərkəzi idi. XVIII əsrin sonu—XIX əsrin I yarısında Şəkidə 147 başmaqçı, 33 keçəçi, 178 dabbaq, 39 boyaqçı, 36 daşyonan, 56 dəmirçi, 27 qalayçı, 29 dəyirmançı, 157 dərzi, 42 xarrat, 235 papaqçı, 82 baftaçı, 20 nalbənd və 41 zərgər fəaliyyət göstərirdi. Burada sənətkarlardan ibarət birləşmələr və ya sex təşkilatları var idi. Bu birləşmələr həmkar və ya əsnaf adlanırdı. Qərbi Avropa sexlərində olduğu kimi eyni peşənin sahibi olan sənətkarlar (əsnaflar) birlik nümayiş etdirib bir məhəllədə yaşayırdı. Tacir və sənətkarların bir yerdə cəmləşməsi xanlara da sərf edirdi, ona görə də onlar bunda maraqlı idilər. Nuxa şəhərinin məhəllə adları bunun bir sübutudur: Şalbaflar (şaltoxuyanlar), Xarratlar, Zərgərlər, Dulusçular, Dabbaqlar, Çanaqçılar, Çolmaqçılar, Bağbanlar, Sərkərlər, Sabunçular və s. Ustabaşı, onun köməkçisi, ağsaqqal, xəzinədar, igidbaşı-qasid, usta kimi vəzifələr əsnaflar arasında iyerarxiyanı göstərirdi.

1968-ci il martın 6-da Azərbaycan SSR Nazirlər Sovetinin 97 saylı qərarı ilə "Yuxarı Baş" memarlıq qoruğu yaradılmışdır. 2016-cı il üçün Şəki şəhəri Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. 2017-ci ildə Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə "sənətkarlıq və xalq yaradıcılığı" tematikası üzrə daxil edilmişdir. 7 iyul 2019-cu ildə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 2019-cu ilin dekabrında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" ICESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Mədəniyyət tarixi

Erkən tarixi

200px|thumb|left|Şəki rayonunun Fazıl kəndindəki Əbədi Sükut Dünyası Labirint Muzeyində yerləşən arxeoloji tapıntılar Şəki şəhəri eramızdan əvvəl VIII əsrdə salınmışdır və ilkin dövrdə "Sakasena" və ya "Sake" adlandırılmışdır. Bu toponim skiflərin bir hissəsi olan sakların adı ilə bağlıdır.Поспелов Е. М. Географические названия мира: Топонимический словарь: Около 5 000 единиц / Отв. ред. Р. А. Агеева. — М.: Русские словари, Астрель, АСТ, 2002. — С. 471. — 512 с. Mahmud İsmayılov şəhərin saklar tərəfindən eramızdan əvvəl VIII əsrdə salındığını qeyd edirdi. Şəkinin Tarix-Diyarşünaslıq Muzeyində Yaloylutəpə mədəniyyətinə aid nümunələr saxlanılır.

Hüseyn Əfəndiyevin "Nuxu və yainki Şəki şəhərinin tarixi" əlyazmasına əsasən belə bir rəvayət qeyd edilir: "Oxud və Nuxud adlı iki qardaş olub. Oxud Kiş çayının bir tərəfində yaşayış yeri salıb ki, ora indi Oxud kəndidir. Nuxud isə Kiş çayının digər sahilində yaşayış məskəni salıb və vaxt keçdikcə buranın adı Nuxu olubdur". Oxud və Nuxud bir tayfanın rəisləri idi. Tayfa oğuzlar və ya assurilər adlanırdı. Bu iki qardaşın camaatı İslam dininə inanmayıb, oğuz və ya assuri olub. Əlyazmaya görə, Nuxanın içindəki məhəllələrdə onların qəbirləri vardır. Qəbirlərdən qab-qacaq və bilərzik çıxması onu göstərir ki, onlar qəbir həyatına inanırdılar. Digər bir fikrə görə isə, Şəkidə Nuğayilər tayfası yaşadığı üçün "Nuxa" adı buradan götürülmüşdür. "Nuxa" adının mənası buranın sakinlərinin Nuh peyğəmbərin nəslindən gəlməsi ilə (onun nəvələri olmaları ilə) və şəhərdə Nuh və Nuhbaba adlarının yayılması ilə də əlaqələndirilir. 300px|thumb|right|Qafqaz Albaniyası VI–VII əsrlərdə. Tünd yaşıl rəngdə göstərilmiş, qədim Qafqaz Albaniyası ərazisinə Şəki daxildir. Şəki şəhəri Qafqaz Albaniyasının ürəyində, əsas ərazisində yerləşirdi. Şəki şəhəri Ptolemey tərəfindən "Osika" adlanırdı.Hewsen, 1992, p. 145. Şəkidə məskunlaşmış skiflər Alban tayfa birliyinə daxil olmuşdular.Тревер, 1959, с. 49. IV əsrdə Qafqaz Albaniyasında xristianlıq yayıldıqdan sonra Şəki Albaniyanın dini mərkəzlərindən birinə çevrilmişdi. Klifford Edmund Bosvorta görə, Şəkidə erməni dini və mədəni təsiri güclü olmuşdur.Šakki — статья из Encyclopædia Iranica. C. Edmund Bosworth IX–X əsrlərə aid ərəb tarixçi-coğrafiyaşünasları bölgə əhalisinin milliyyətini "Şəki xalqı", bəzən isə udiləri bildirən "ud" kimi təyin edirdilər.А. Е. Крымский. Труды. Страницы из истории Северного, или Кавказского, Азербайджана (классической Албании). Шеки. — Киев: Наукова Думка, 1974. — Т. IV. — С. 590.

Monqol dövründə Elxani və Qızıl Orda sərhədi olan Şəki və Qax ərazilərinə Küncüt, Cunud, Baydarlı, Tanqıt tayfalarının yerləşdirilməsinin səbəbi olaraq ehtimal edilir ki, bu tayfalar öz döyüşkənlikləri ilə sərhədi, Qızıl Ordaya qarşı qorumalı idilər. Ümumiyyətlə, Azərbaycanın şimal-qərb zonası xristian və müsəlman dünyalarının kəsişdiyi yerdə olduğu üçün orta əsrlərdə mövcud olmuş türk dövlətləri üçün əhəmiyyət kəsb etmişdir. Şəki və Şamaxı bölgəsinə türk-monqol qəbiləsi olan oyratlar yerləşmişdir, hansı ki, öz dövründə Kür hövzəsində ən güclü və sayca çox olan qəbilə idi. XIV əsrin sonlarında yaranan Şəki hakimliyini idarə etmiş Orlat sülaləsi azərbaycanlılaşmış türkdilli monqol sülaləsi idi. Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184. Daha sonra isə hakimiyyətə müsəlmanlaşmış, xristian mənşəli Qarakeşiş sülaləsi gəlmişdir. Bu sülalənin dövründə Şəki bölgəsi çiçəklənən kənd təsərrüfatı ölkəsi idi və əsas ixrac məhsulu olan incə ipəyi istehsal edirdi.Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. XIV–XV əsrlərin alman səyyahı Hans Şiltberger Şəkini ticarət və sənətkarlıq mərkəzi adlandırırdı. XV əsrdə Şəki şəhərinin etnik tərkibi stabilləşmişdi, bu dövrdə qafqaz albanlarının çox hissəsi Azərbaycan xalqının tərkib ünsürü olmuşdur.

Köhnə Şəki və müasir Şəki (Nuxa) ayrı-ayrı yaşayış məntəqələridir. 1772-ci ildə Kiş çayının daşması nəticəsində qədim Şəki şəhəri tamamila dağılmışdır, Şəki əhalisi Nuxaya köçmüşdür. Nuxa şəhərinə "Şəki" adı isə 1968-ci ildə verilmişdir. Şərqdən axan Qurcana çayı Nuxa şəhərini iki hissəyə bölür: şimal, yüksək hissə və cənub, vadiyəbənzər hissə. Ticarət mərkəzi kimi şəhər çayın bir tərəfində inkişaf etməyə başlamışdır. Qurcana çayı və Dəyirmanarx çayları (şəhərin qərb hissəsində) şəhəri suvarma və su təchizatı ilə təmin edirdi. Sonradan bu çayların qovuşduğu yerdə yeni bir şəhər mərkəzi yaradılmışdır. Qurcana çayı şəhərin memarlıq planlaşdırmasında təbii təşkilati ünsür, Dəyirmanarx isə ikinci dərəcəli ox kimi xidmət edirdi.Саламзаде, Авалов, Салаев, 1979, с. 63. Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanova görə, Nuxa Şirvanın Naxiya və ya Nağıya şəhəri idi. Kərim ağa Fateh Nuxanın XV əsrdə "Noxu" adı ilə mövcud olduğunu yazırdı. Müştağa İmarətdə (Şəki xan sarayı) bərpa işləri zamanı digər mədəni əsərlərlə yanaşı, təməllərdə XII əsrə aid sikkə də tapılmışdır.Рзаев Н. О происхождении Шеки и Нухи // Доклады Академии наук Азербайджанской ССР. — Баку, 1973. — С. 88.

XVII əsrdə, Səfəvilər dövründə, Borç kəndindən olan rutullar qismən Şəki ərazisinin düzənliklərinə (müasir Azərbaycanın şimalına) köçmüşdürЛавров Л. И. Историко-этнографические очерки Кавказа. — Наука: Л., 1978. — С. 36 və orada Şin yaşayış məntəqəsinin əsasını qoymuşdur.Ихилов М. М., 1967, с. 147. Şəki xanı Hacı Çələbi xanın dövründə Nuxada mədrəsə, məscid və digər inzibati binalar tikdirilmişdir. XVIII əsr Şəki tarixində, xüsusilə memarlıqda "yüksəliş dövrü" və ya "qızıl dövr" sayıla bilər. XVIII əsrdə Şəki mühüm mədəniyyət mərkəzi idi.

Məhəmmədhüseyn xan Müştaqın hakimiyyət dövrü

300px|thumb|right|Azərbaycan rəsmiləri Məhəmmədhüseyn xan Müştaqın tikdirdiyi Xan məscidi kompleksində 21 il Şəki hökmdarı olmuş Məhəmmədhüseyn xan Müştaq (h.i. 1759–1780) zalım hökmdar adlandırılsa da, o, mədəniyyət hamisi olmuşdur. Məhəmmədhüseyn xan Şəki xan sarayının tikintisini sifariş vermişdir. Ehtimal etmək olar ki, onun otağındakı ağzında gül-çiçək tutmuş əjdahalar təsviri ideyasında rolu olmuşdur. Onun Şəki xan sarayının memarını öldürməsi ilə bağlı hekayə şübhə doğurur, Nizami Gəncəvinin "Yeddi gözəl"indəki "Hökmdar Neman və sənətkar Simnar" hekayəsi ilə oxşarlıq təşkil edir.

Məhəmmədhüseyn xanın Molla Vəli Vidadi və Molla Pənah Vaqiflə yaxın dostluq əlaqələri olmuşdur. Araz Dadaşzadə qeyd edir: "Şəki xanlığı ilə Qarabağ xanlığı arasında əlaqələr o qədər də yaxşı deyildi. Lakin bu Müştaqla Vaqif arasındakı dostluğa maneçilik törətmirdi". Müştaq özü də şair olmuş, sarayında şeir məclisləri keçirmişdir. Küngütlü Nəbiyə, şair Süleymana, Raciyə, Kəlbirli Rafeiyə, Ağcayazılı Hacı Məhəmməd Çələbi Əfəndi Zariyə, Molla Vəli Vidadiyə, Molla Pənah Vaqifə, şamaxılı Ağa Məsih Şirvaniyə hamilik etmişdir. Molla Vəli Vidadi Məhəmmədhüseyn xan Müştaqın taleyindən təsirlənərək "Müsibətnamə"ni yazmışdır. O, Məhəmmədhüseyn xanla dost idi və xanın hakimiyyət çəkişmələri nəticəsində öldürülməsi Vidadiyə çox təsir etmişdi. Vidadi qeyd edirdi: "Nə Rumda, nə İranda belə bir kədər yoxdur".

Şəki Xan məscidi hicri təqvimi ilə 1183-cü ildə Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilmişdir. Məscidin tikintisi başa çatdıqdan sonra bu münasibətlə o dövrdə yaşamış şair Hacı Məhəmməd Çələbi Əfəndi Zari 9 beytdən ibarət bir qəzəl yazmışdır. Bu qəzəlin içində qapalı maddeyi-tarixlə məscidin tikilmə tarixini göstərilmişdir. Bu qəzəllə yanaşı ədəbiyyatşünas Salman Mümtaz "Riyazül-üləma" sözünün də əbcəd hesabı ilə bu məscidin tikilmə tarixi olduğunu bildirmişdir. Hər iki maddeyi-tarix əbcəd hesabı ilə 1183-ə bərabərdir ki, bu da miladi təqvimlə 1769–1770-ci ilə uyğundur.

"Şəkidə məhəllə adları, soylar və ləqəblər: İ Kitab (Qoruq ərazisi)" adlı topluda Məhəmmədhüseyn xan Müştaqın saldırdığı gülüstan və məscid haqqında məlumat verilir:

XIX əsrdən indiki dövrə qədər

Şəki şəhəri əlverişli karvan yollarının üzərində yerləşirdi. Buna görə də əhalinin dünyagörüşü və mədəni inkişafı yaxşı vəziyyətdə idi. Şəki şəhərindən Mirzə Fətəli Axundov, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Firəngiz Əlizadə, Şirməmməd Hüseynov və s. şəxsiyyətlər çıxmışdır. Şəki şəhəri Lev Tolstoyun "Hacı Murad" əsərində təsvir edilmişdir. Şəkinin mənzərələri və xoş axşamları burada qeyd edilmişdir. Aleksandr Puşkinin dostu M. M. Rayevski isə Şəkini "yüksək dərəcəli Bağçasaray" adlandırırdı. Nazim Hikmət isə qeyd edirdi ki, Azərbaycanın başqa abidəsi olmasa idi, sadəcə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi. Musiqişünas Faiq Çələbiyevə görə, Şəki tarixi və mədəniyyəti az öyrənilmişdir: "Şəki Azərbaycanda tarixi və mədəniyyəti ən az öyrənilmiş şəhərlərdən biri, bəlkə də birincisidir. Eyni sözləri onun folklorunun toplanması və tədqiqi haqqında demək olar."