Tiberi Klavdi Neron Germanik () — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.

İstinadlar

Yuli-Klavdi sülaləsinin zaman xətti

Kateqoriya:E.ə. 10-cu ildə doğulanlar Kateqoriya:Roma imperatorları Kateqoriya:Yulilər-Klavdilər Kateqoriya:1 avqustda doğulanlar Kateqoriya:13 oktyabrda vəfat edənlər Kateqoriya:54-cü ildə vəfat edənlər Kateqoriya:Qədim Roma tarixçiləri Kateqoriya:Latın tarixçiləri