Hadisələr 1 yanvar - Fransada ilk poçt markasının buraxılması 12 yanvar - Siciliyada, Palermoda Avstriya ordusuna qarşı üsyanların baş verməsi. 9 fevral - Romanın respublika elan edilməsi. 23 fevral - Toskanada üsyan və böyük hersoq II Leopoldun Florensiyadan qaçması. 7 mart - Avstriya imperiyasında imperator Frans İosif tərəfindən diktə edilən Konstitusiyanın dərc olunması, Avstriya reyxstaqının buraxılması. 20 mart - Sardiniya kralı Karl Albert 1848-ci il sülhünü pozaraq Avstriya ilə yenidən müharibəyə başlaması. 29 mart - Ost-Hind şirkəti Pəncabın işğalı ilə Hindistan torpaqlarının zəbt olunmasının başa çatdırılması. 24 aprel - Macarıstan ordusu tərəfindən Peştin azad edilməsi. 3 may - Almaniyanın Drezden şəhərində və Baden hersoqluğunda üsyanların baş verməsi. 6 may - Reyn əyalətinin və Vestfaliyanın fəhlə ittifaqının konqresinin çağrılması. 13 may - Fransada Qanunverici Məclisə seçkilərin keçirilməsi. 28 may -Fransada Qanunverici Məclisin öz işinə başlaması. 18 iyun - Rusiya ordusunun Macarıstan sərhəddini keçməsi. 3 iyun - Fransa ordusunun Romaya daxil olması. Roma respublikasının süqutu. 13 iyul - Macarıstan ordusunun Buda və Peşti tərk etməsi. 14 iyul - General Nikola Udino tərəfindən Romada Roma papasının dünyəvi hakimiyyətinin bəpa edildiyinin elan edilməsi. 24 avqust - Dörd aylıq mühasirədən sonra Venesiyanın Avstriya ordusu tərəfindən tutulması İrəvan quberniyasının təşkil olunması. Qafqaz Tədris dairəsinin yaradılması. Rusiya hökuməti tərəfindən Gəncə, Şuşa, Şamaxı və Bakıda yeni tipli təhsil müəssisələrinin - "müsəlman məktəbləri"nin təşkil edilməsi.
Doğumlar Paşa ağa Sultanov Eduar Anri Avril
Ölümlər Polyak bəstəkarı Fredik Şopen. Kavalalı Mehmed Əli Paşa Hokusay