Tükbaş qurd () Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Xarici quruluşu Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.V.A.Dogel “Onurğasızlar zoologiyası”. Bakı, “Maarif”, 1988, 288 səh. . Həyat tərzi Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə). Tükbaşın patoloji əhəmiyyəti o qədər də böyük deyildir. B.İ.Ağayev, Z.A.Zeynalova “Onurğasızlar Zoologiyası”. Bakı, “Təhsil”, 2008, 568 səh..

Yayılması Ən çox Orta Asiyada geniş yayılmışdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Yumru qurdlar Kateqoriya:Nəcis testi ilə diaqnoz qoyulan şərtlər Kateqoriya:İnsan parazitləri Kateqoriya:1771-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları