() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur. Şüyüd və cirəyə bənzəyir.
Botaniki təsviri Hündülüyü 1–2 m olan çılpaq, çoxillik ot bitkisidir, gövdəsi silindrik, nazik şırımlı, budaqlıdır. Yarpaqları saplaqsız, lələkvari parçalanmışdır. Sarı rəngli xırda çiçəkləri mürəkkəb çətir formalı çiçəkqrupu əmələ gətirir. Meyvəsi (ikitoxum) 5–7 mm, uzunsov, yaşımtıl-boz rənqdədir. Toxumları özünün ətirli, şirin-ədviyyəli iyi ilə xırda zirəni xatırladır. İyul-avqust aylarında çiçəkləyərək sentyabr-oktyabr aylarında meyvə verir.
Mənşəyi və yayılması Adi raziyana kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir. Atlantik və Orta Avropa, Apalıqdənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali və Cənubi Afrika, Çin, Yaponiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi raziyana Kiçik Qafqazın cənub rayonları, Abşeron, Qobustan, Xəzəryanı, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, eləcə də Naxçıvan düzənliyində, aran və dağ ətəyi (dəniz səviyyəsindən 400 m qədər) ərazilərdə bitır.
Ekoloji qrup və bitdiyi yerlər Mezokserofitdir, quru-bozqır və psammofit-litoral bitkilik tiplərində rast gəlir. Əsasən otlu yerlərdə, dəniz kənarı qumluqlarda, su axarları və yol kənarlarında zolaqlar əmələ gətirir.
Kimyəvi tərkibi Adi raziyana kumarin, flavonoid, efir və piyli yağlar, steroid, antosian və digər bioloji aktiv maddələrlə zəngindir. Meyvələrinin tərkibində 6% efir yağı, başlıca komponent olan anetol (60%-ə qədər) fenxon, pinen, metilxavikol və 18% piyli yağlar vardır. Keyfiyyətli xammal yetişmiş meyvələri hesab olunur.
Təsiri və tətbiqi Adi raziyana farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki və eksperimental təbabətdə, Tibet, Koreya və xalq təbabətində geniş tətbiq edilir. Əsasən böyrək, mədə, sidik kisəsi, nəfəs yolları, göz, nevroz, bronxit və bronxial astma, irinli yaralarda, çinədan (zob) və s. xəstəliklərə qarşı istifadə olunur. Antibakterial, estrogen, hərarəti salan və sidikqovucu təsirə malikdir.
İstifadəsi Raziyana ətirli ədviyyat kimi də yeyinti sənayesində işlədilir. Diş pastalarının tərkibinə xoş ətir vermək üçün qatılır. Gövdələrindən tərkibində 20% zülal olan heyvandarlıqda istifadə olunan jmıx alınır.
Müalıcə məqsədi ilə bitkinin meyvələri istifadə edilir. İstifadə formaları cövhər və efir yağı şəklindədir.
Digər faydalı xüsusiyyətləri və istifadəsi Tərəvəz bitkisidir. Meyvələri və yarpaqları ədviyyə kimi istifadə olunur. Yeyinti və qənnadı sənayesində meyvələri, əczaçılıqda və ətriyyat sənayesində isə efir yağı aromatizator kimi istifadə edilir.
Tibb Raziyana meyvələrində müalicə əhəmiyyətli maddə əsasən efir yağı sayılır. Efir yağına xoş iy verən tərkibindəki anetol maddəsidir. Anetol aromatik birləşmə olub, razyana meyvəsinin ən qiymətli tərkib hissəsidir. Elmi təbabətdə razyana meyvəsindən soyuqdəymələrdən baş verən tənəffüs yolları xəstəliklərində iltihabı aradan qaldıran, yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, həzm prosesini yaxşılaşdırıcı və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur.
Tərkibindəki fitoestrogenlər analarda südün miqdarını və yağlılığını artırır. Süd vəzisinin böyüməsinə də təsir edə bilir. Bundan başqa, razyana meyvəsindən dəmləmə formasında öd kisəsi iltihabının və böyrək xəstəliklərinin müalicəsində geniş istifadə edilir.
Xalq təbabəti Xalq təbabətində çox qədimdən razyana meyvəsindən çay kimi dəmləyib, uşaqlarda baş verən qarın ağrılarında ağrıkəsən və köpmənin qarşısını alan dərman kimi işlədilir. Bu məqsədlə razyana meyvələri çox vaxt qurudulmuş nanə yarpağı ilə bərabər hissədə götürülür, sonra çay dəmləyib xörək qaşığı ilə qəbul edilir. Razyana şirəsi (Şüyüd suyu) xalq təbabətində qarın ağrısında (köpməsində), mədə-bağırsaq traktı pozulduqda və eləcə də bəlğəmgətirici öskürək dərmanı kimi istifadə edilir.
Sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Avrasiya florası Kateqoriya:Ədviyyə bitkiləri Kateqoriya:Çərəzlər Kateqoriya:Qidalar Kateqoriya:Türkiyə florası Kateqoriya:Aralıq dənizi mətbəxi