() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 80-200 sm, gövdəsi sıx yarpaqla örtülmüş, düz, şırımlı, yuxarı hissədə enli qalxanşəkilli süpürgəvari budaqlanmış demək olar ki, çılipaq çoxillik ot bitkidir. Dəstə halında olan bağşəkilli köklərin kökümsovu köndələndir.Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016 Yarpaqları saplaqlıdır, bərkdir, ensizneştərvari və yaxud ensiz-xətvaridir, sivriləşmişdir, uzunluğu 14-26 sm, eni 2-5 sm-dir, kənarları eyni ölçüdə qısa və itidişlidir, aşağı yarpaqları qısa saplaqlıdır, qalanları oturaqdır, qaidə hissəsinə doğru tədricən daralandır, kökətrafı yarpaqları tez saralandır. Çiçək qrupunun oxu və səbətin saplağı bütünlüklə qısa tüklərlə örtülüdür. Səbətləri çoxsaylı, xırda, enli-qalxanşəkilli sıx süpürgədədir; səbətin saplağı çox nazikdir, uzunluğu səbətin uzunluğuna bərabərdir və ya ondan azacıq uzundur. Sarğı yarpağı ensiz slindik formadadır, uzunluğu 5 mm-ə yaxındır, çılpaqdır; onun daxili yarpaqcıqları 5 ədəddir, xətvari-kürəkşəkillidir, kənarları nazik pərdəvaridir, küt və ya sivritəhərdir, çılpaqdır. Çiçəklər səbətdə adətən 5 ədəd, nadir halda 4- 6 ədəd olur. Dilcikşəkilli çiçəkləri yoxdur. Toxumlarının uzunluğu 4 mm, uzunsov, tin-tindir, çılpaqdır; kəkili ağ rəngdədir, ipək kimidir, toxumdan iki dəfə uzundur. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması BQ şərq, BQ qərb. Yuxarı dağ qurşağında.

Yaşayış mühüti Meşə və talalarda, daşlı töküntü yerlərdə rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax