Müqəddəs Sofiya kilsəsi () — Makedoniya Respublikasının Oxrid bələdiyyəsində yerləşən, Osmanlı İmperiyası dövründə məscid olaraq fəaliyyət göstərən üç nefli orta əsrə aid kilsə.Fruçt, Riçard (2005). Eastern Europe: an introduction to the people, lands, and culture. () ABC-CLIO. səhifə 928. ISBN 978-1-57607-800-6.
Tarixi Birinci Bulqar dövlətinin dinini rəsmi olaraq Xristianlıqla dəyiməsindən sonra I Boris (852 — 889) dövründə tikilən kilsənin tikilmə tarixi haqqında dəqiq bir məlumat yoxdur. Tikili IX və ya XI əsrlərdə tikilmiş ola bilər.Boris Cholpanov - "Land of a global crossroads", Sofia, 1993, Bulgarian Academy of Science, page 131 (the original is in Bulgarian)
Memarlıq xüsusiyyətləri thumb|Oxrid Müqəddəs Sofiya kilsəsi Şərqə baxan kilsənin qərbində bir narteks və eksonarteks, şimalında isə sonradan əlavə olunmuş bir portik mövcuddur. Müxtəlif mərhələlərdən keçən tikilinin ilk forması orta Bizans dövrünə aid əhəmiyyətli bir memari forma ortaya qoymaqdadır. Bu şəkildə XI əsrin regional meyllərinin yanında, Konstantinopolun Makedoniya və Oxrid Arxiyepiskopluğu üzərinə olan təsiri də görmək mümkündür. Kilsənin təməl arxitekturası XI əsrdə inşa edilmiş olmasına baxmayaraq XIV əsrdə Arxiyepiskop II Qreqori tərəfindən əlavələr edilmişdir. Bu üç nefli bazilika qərbi hissəsibə 1313-cü və ya 1314-cü illərdə əlavə edilən hissə memarlıq tarixinə nəzərən əhəmiyyət daşımaqdadır.Ohri Ayasofyası cephesinin 14. yüzyılda Epiros, İstanbul, hatta Bursa'da bir Türk eserinde benzerlerinin yapılmış olması hakkında bakınız; () Semavi Eyice, Son devir bizans mimarisi () (İstanbul 1963)
Osmanlı Dövrü Oxrid şəhərinin ən böyük kilsəsi olan Müqəddəs Sofiya kilsəsi, Konstantinopoldakı Aya Sofya kimi fəthdən sonra məscidə çevrilmiş və şəhərin ilk və ən böyük məscidi olmuşdur. Oxriddə yerləşən Müqəddəs Sofiya kilsəsi, məscidə çevrildiyində bir sıra dəyişikliklərə məruz qalmışdır. Səmavi Eyicenin yazdıqlarına görə bu gün heç bir izi qalmayan məscid minarəsi kilsənin narteks hissəsinin sol tərəfindəki qübbəsinin tam ortasında yerləşirdi.Semavi Eyice. "Ohri'nin Türk Devrine Ait Eserleri." () Vakıflar Dergisi, 6 (1965): səhifə 140
Fresklər Oxrid şəhərinin Yuqoslaviya idarəsinə keçməsinin sonra kilsəyə çevrilmiş məscidin divarlarında olan və XI, XII və XIII əsrlərdən qalma freska şəkillər bərpa işləri nəticəsində tamamilə təmizlənmişdir.R. Hamann, Mak in, Hallensleben, Die Monumentalmalerei in Serbien und Makedonien () (Giessen 1963) 15-17;res.1-28, lev.1-5.
Həmçinin Bax Müqəddəs Aqnes kilsəsi Müqəddəs Nikolay kilsəsi (Buxarest) İmperatorluq Məscidi (Priştina)
Xarici Keçidlər The Church of St. Sophia - Ohrid patrimony ExploringMacedonia - St. Sophia church in Ohrid
Qeydlər
İstinadlar
Kateqoriya:Oxrid Kateqoriya:Pravoslav məbədləri Kateqoriya:Şimali Makedoniya kafedralları Kateqoriya:Şimali Makedoniya məbədləri Kateqoriya:Şimali Makedoniya kilsələri Kateqoriya:IX əsrə aid kilsələr