() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 5–20 sm, uzun, nazik, sürünən yerüstü zoğları olan, kökümsovları nazik və ya qalıntəhər olan çoxillik gövdəsiz ot bitkisidir. Yarpaqları yumurtaşəkilli, enliyumurtaşəkilli, böyrəkşəkilli, qaidə hissəsində qismən dərin-ürəkşəkillidir, kənarlarda dairəvidişlidir, uc hissədə sivritəhər və ya küttəhərdir, bəzən sivriləşmişdir; budaqların yarpaqları bəzən demək olar ki, üçbucaq formadadır; saplaqla birlikdə bütün yarpaqlar adətən uzuntəhər cod ağımtıl tüklərlə örtülüdür, nadir halda demək olar ki, çılpaqdır, adətən tünd-göy və ya bənövşəyi rənglənmişdir; kökətrafı yarpaqları uzun saplaq üzərindədir. Çiçəkləri uzun qoltuq çiçək saplağında olub, iki çiçəklaltlığı vardır, ətirlidir, ağ və ya bənövşəyi rəngdədir. Qutucuq şarşəkillidir, qismən codtəhər tüklüdür. Mart-aprel aylarında çiçəkləyir, May (iyun) ayında meyvə verir.
Azərbaycanda yayılması Böyük Qafqazda (Quba), Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində, Kür-Araz ovalığında, Kiçik Qafqazın cənubunda, Naxçıvanın dağlıq, Lənkəranın dağlıq və ovalıq ərazilərində orta dağ qurşağına qədər yayılmışdır.
Yaşayış mühiti Meşələrdə, kolluqlarda, meşənin kənarlarında, bağlarda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Afrika florası Kateqoriya:Avrasiya florası