() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Orta saylıdır.

Xarakterik morfoloji əlamətləri Xarici görünüşcə Kür şirbitinə oxşayır, lakin ondan gözlərinin kiçik və pulcuqlarının xırda olması ilə fərqlənir. Alnının eni azdır, bədəninin quyruq hissəsi nisbətən uzundur. Bədənin uzunluğu 26.0 sm-ə, kütləsi 270 q-a qədər olur.Mustafayev N.C. Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların bioekoloji xüsusiyyətləri və vətəgə balıqlarının ehtiyatlarının müasir vəziyyəti // Zoologiya İnstitutunun əsərləri, 33-cü cild, № 1. Bakı, 2015, s. 103-124. 4. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.

Yaşayış yeri və həyat tərzi Suyu sürətlə axan və dibi daşlı olan çaylarda yaşayır. Ömrün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 1-2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.

Yayılması Azərbaycanda 5 növünün nümayəndələri yayılmışdır. Azərbaycanda yarımnövləri yoxdur. Azərbaycanın şimal-şərq hissəsindən axan çaylarda və Samur-Abşeron kanalında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü hissə-hissə çayların daşlı sahələrində tökür. Çoxalması aprel-iyul aylarında baş verir. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 2.2 minlə 16.2 min kürü arasında dəyişir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.

Limit faktorları Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu Əsasən su cücüləri və onların sürfələri ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını kürəkayaqlı xərçənglər, yosunlar, müxtəlif su cücüləri və onların sürfələri təşkil edir.

Düşmənləri Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1877-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər