Kateqoriya:Hohensollernlər Kateqoriya:Almaniya tarixi Kateqoriya:Almaniya protestantları Kateqoriya:Fransa–Prussiya müharibəsi iştirakçıları Kateqoriya:"Fəxri legion" ordeninin Böyük xaçı kavalerləri Kateqoriya:XIX əsr siyasətçiləri Kateqoriya:Köniqsberq şəxsləri Kateqoriya:1870-ci illərdə Almaniya Kateqoriya:Almaniya imperatorları Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:II Vilhelm II Vilhelm Fridrix Viktor Albert (; ) — son Prussiya kralı və Alman imperatoru.

Həyatı 27 yanvar 1859-cu ildə Berlində Vəliəhd Sarayında dünyaya gəldi. Atası Prussiya kralı III Fridrix Vilhelmin nəvəsi vəliəhd-şahzadə Fridrix, anası isə Britaniya kraliçası Viktoriyanın qızı və adaşı şahzadə Viktoriyadır. Dünyaya gəlişi problemli oldu. Olduqca təhlükəli keçən doğuşun ardından körpə təxminən 10 dəqiqə boyunca oksigensiz qaldı. Sonrakı illərdə bu onda bəzi nevroloji problemlərə və bundan qaynaqlanan xəstəliklərə səbəb oldu.

Doğulduğu əsnada atasının əmisi IV Fridrix Vilhelm taxtda idi. Ancaq keçirdiyi ifliclərin ardından dövlət idarəsindən uzaqlaşmışdı və babası şahzadə Vilhelm naib kimi fəaliyyət göstərirdi. Üstəlik böyük əmisi IV Fridrix Vilhelm evli olsa da, varisi yox idi və bu səbəblə, Vilhelm babasından və atasından sonra taxt sırlamasında üçüncü yerdə idi. Digər yandan Britaniya kraliçası Viktoriyanın 42 nəvəsindən yaşca ən böyüyü idi. Bu səbəblə, dayıları və anasından sonra Britaniya taxt sırlamasında altıncı yerdə idi.

1863-cü ildə dayısı Uels şahzadəsi Eduardla Danimarkalı Aleksandranın toy mərasimi münasibətilə nənəsi Kraliça Viktoriyanın sarayına səfər etdi. Bu onun İngiltərəyə ilk səfəri oldu. 6 yaşından etibarən saray mürəbiyyələri tərəfindən təlim-tərbiyə edildi. Ardından Kasseldəki bir gimnaziyada və Bonn Universitetində təhsilini davam etdirdi. 18 yaşının tamam olduğu 1877-ci ildə nənəsi tərəfindən Bant ordeniylə mükafatlandırıldı.

Hohensollern sülaləsinin bir üzvü kimi, o da kiçik yaşlarından etibarən hərbi təlim-tərbiyə gördü. Bu səbəblə, gənclik illərinin böyük bir qismi boyunca tədbirlərdə hərbi uniformayla görüldü. İngilis əsilli anasıyla münasibəti hər zaman məsafəli oldu. Yetkinlik dövrlərində onu Britaniyanın mənafeyini qorumaqla təqsirləndirirdi. Bunda isə valideynləriylə münasibətləri pis olsa da, gənc vəliəhdin simpatiyasını qazanmış kansler Otto fon Bismarkın rolu böyük idi.

Babası I Vilhelmin istəyilə, 1880-ci ildə Prussiya ordusunda xidmətə başladı. Bu illərdə xalası qızı Hessenli Yelizavetaya aşiq olsa da, bu sevgi qarşılıqlı deyildi və sonralar o, Rusiya imperatoru II Aleksandrın oğlu Sergey Romanovla evləndirildi. Daha sonra isə uzaq qohumu olan Şlezviq-Holşteynli Avqusta ilə eşq yaşamağa başladı. Anaları xalaqızı idi. 27 fevral 1881-ci ildə evlənən cütlüyün bu nigahdan 7 övladı doğuldu.

Vilhelm (1882-1951) Fridrix (1883-1942) Adalbert (1884-1948) Avqust Vilhelm (1887-1949) Oskar (1888-1958) İoaxim (1890-1920) Viktoriya Luiza (1892-1980)

Taxtın birinci varisi vəliəhd-şahzadə olan atası Şahzadə Fridrixin səhhəti öz vəzifələrini yerinə yetirməyə mane olurdu. Belə ki, boğazında yaranan şişdən əziyyət çəkirdi və müalicəsi üçün Avropanın fərqli şəhərlərinə səyahət edirdi. Bu səbəblə, 1884-cü ildən etibarən babasının rəsmi təmsilçlisi kimi əcnəbi dövlətlərdəki dövlət tədbirlərinə göndərilməyə başladı. Babasının vəfatının ardından 9 mart 1888-ci ildə atası taxt-taca sahibləndi. O əsnada San-Remoda müalicəsi davam edən atasına Berlindən teleqraf göndərərək xəbər verdi.

Ancaq atası 99 gün davam edən qısa səltənətinin ardından həmin ilin 15 iyununda vəfat etdi. Beləcə, II Vilhelm Prussiya kralı və Alman imperatoru ünvanını aldı.

Vəliəhdlik dövründə münasibətləri olduqca yaxşı olan kansler Bismarkla taxta çxımasının ardından sürtüşməyə başladı. Belə ki, hər ikisi də hakimiyyəti ələ almaq niyyətində idi və xarakterləri olduqca bənzəyirdi. Kanslerin sülhpərəst xarici siyasətinin əksinə, daha aqressiv siyasəti dəstəkləyən II Vilhelm qısa zamanda onu vəzifədən uzaqlaşdırmaq istəyirdi. Onlar arasında böyük münaqişə antisosialist qanunun qəbulunda baş verdi. Bismark sosialist təbliğatçıların tutulması və cəzalandırılmasını tələb etdi. II Vilhelm isə bildirdi ki, o hakimiyyətinin zorakılıqla başlanmasını istəmir. Bu münaqişə nəticəsində Bismark 20 mart 1890-cı ildə öz vəzifəsindən istefa verdi.

II Vilhelm ona general-feldmarşala bərabər general-polkovnik rütbəsi verdi. İdarəetməyə buraxmasa da, onu daima diqqətdə saxlamağa başladı. Onun 80 illik yubileyi ölkədə böyük təntənə ilə keçirildi.

Mənbə Ədəbiyyat Clark, Christopher M. Kaiser Wilhelm II (2000). Domeier, Norman. The Eulenburg Affair: A Cultural History of Politics in the German Empire (2015). Eley, Geoff. "The View From The Throne: The Personal Rule of Kaiser Wilhelm II", Historical Journal, June 1985, Vol. 28 Issue 2, pp. 469–485. Haardt, Oliver FR. "The Kaiser in the Federal State, 1871–1918". German History 34.4 (2016): 529–554, online. Kohut, Thomas A. Wilhelm II and the Germans: A Study in Leadership, New York: Oxford University Press, 1991. . Langer, William L. The Diplomacy of Imperialism, 1890–1902 (1935) online.

Mommsen, Wolfgang J. "Kaiser Wilhelm II and German Politics". Journal of Contemporary History 1990 25(2–3): 289–316. (argues his irrationality and instability made worse the weaknesses in Germany's constitutional and political systems). Otte, T.G., "'The Winston of Germany': The British Elite and the Last German Emperor" Canadian Journal of History 36 (December 2001). Retallack, James. Germany in the Age of Kaiser Wilhelm II (St. Martin's Press, 1996). . Rich, Norman. "The Question of National Interest in Imperial German Foreign Policy: Bismarck, William II, and the Road to World War I". Naval War College Review (1973) 26#1: 28–41, online. Röhl, John C. G; Sombart, Nicolaus, eds. Kaiser Wilhelm II New Interpretations: The Corfu Papers (Cambridge UP, 1982). Van der Kiste, John. Kaiser Wilhelm II: Germany's Last Emperor, Sutton Publishing, 1999. . Waite, Robert GL Kaiser and Führer: A Comparative Study of Personality and Politics (1998) (psychohistory comparing him to Adolf Hitler). İstinadlar