Disksürən (en. Disk drive), (ru. дисковод) – disklərin oxunmasını və onlara yazılmanı həyata keçirən elektromexaniki qurğu.

Disksürənin əsas elementləri bunlardır: üzərində disksürənin quraşdırıldığı şpindel (ox); disksürən işləyərkən diski fırladan mühərrik; bir və ya bir neçə oxuma-yazma başcığı; oxuma-yazma başcıqlarını diskin səthində müəyyən mövqeyə aparan ikinci mühərrik; oxuma-yazma əməliyyatını sinxronlaşdıran və informasiyanı kompüterə ötürən və ondan alan kontroller sxemi. Yumşaq və sərt disklərin disksürənləri bir-birindən fərqlənir: əyilgən disklərin disksürənləri 5,25 və ya 3,5 düymlük disketlərlə işləmək üçün nəzərdə tutulub; sərt disklərin disksürənləri möhkəm korpusa malik çıxarılıb-taxılmayan, daha sürətli və irihəcmli yaddasaxlama qurğusudur. Kompüterin disksürənləri adları və ya nömrələri ilə tanınır; məsələn, MS-DOS sistemində A:, B:, C: disksürənləri, Apple Macintosh da isə 0 və 1 disksürənləri ola bilər.

Disk sürücü (en. disk driver), (ru. драйвер диска) – disk kompüterə qoşularkən quraşdırılan və verilmiş (müəyyən firmanya məxsus) diskin işləməsinə yardım edən xüsusi proqram.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Həmçinin bax CD-R CD Sərt diskin tutumu

Kateqoriya:Kompüter Kateqoriya:Texnologiya Kateqoriya:İnformatika Kateqoriya:Kompüter terminləri Kateqoriya:İnformasiya daşıyıcıları Kateqoriya:Kompüterin periferiya qurğuları