Buqulma-Belebey yüksəkliyi () — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik.Buqulma-Belebey yüksəkliyi// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 63. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Coğrafiyası Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.
İstinadlar
Kateqoriya:Tatarıstan yüksəklikləri Kateqoriya:Avropa düzənlikləri Kateqoriya:Başqırdıstan relyefi Kateqoriya:Rusiya düzənlikləri