Görüntü (en. image ~ ru. изображение ~ tr. imge, görüntü) – 1.Qrafikada: şəklin, rəsmin və s. proqram vasitələri ilə emal olunan təsviri. Belə görüntü müxtəlif cür saxlanıla bilər: bit xəritəsi (BIT MAP) (piksellər çoxluğu, rastr) kimi və ya metafayl (görüntü almaq üçün komandalar toplusu) kimi.

2. Hesablama texnikasında: obyektin dublikatı, kopyası və ya təmsiledicisi. Məsələn, virtual diskin (RAM DISK) köməyilə kompüterin yaddaşında yumşaq və sərt disklərdəki verilənlərin müəyyən hissəsinin görüntüsünü yerləşdirmək olar; yaxud tərsinə, virtual yaddaş proqramının (VIRTUAL RAM PROGRAM) köməyilə kompüterin əsas yaddaşının müəyyən hissəsinin sərt diskdə görüntüsünü yaratmaq olar; bundan başqa, proqram yolu ilə yaddaşın müəyyən bölümünün görüntüsünü etibarlıq məqsədilə yaddaşın başqa bir yerinə köçürmək olar.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Kateqoriya:Kompüter Kateqoriya:İnformatika Kateqoriya:Optika Kateqoriya:Kompüter qrafikası Kateqoriya:Kütləvi informasiya vasitələri Kateqoriya:Görmə Kateqoriya:Heykəltaraşlıq