Lifistiomorf hörümçəklər və ya Qarnıbuğumlular () — bu yarımdəstəyə ən primitiv quruluşlu hörümçəklər daxildir.
Ümumi xarakteristika Bu yarımdəstənin nümayəndələrinin bədən ölçüləri 11–35 mm-dir. Xeliserləri önə doğru uzanmışdır. Zəhər vəziləri iri olmur. Pedipalpları iridir, təxminən ayaqları uzunluqdadır. Qarıncıqları buğumlu olub, 11 buğumdan ibarətdir. Qarıncığın qurtaracağında 8 ədəd tor ziyili yerləşir. Ağciyərləri iki cütdür. Bu yarımdəstənin Liphistiidae fəsiləsində birləşən 8 növü vardır. Bu növlərə Cənubi-Şərqi Asiyada rast gəlinir. Bir növü isə mağaralarda yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Həşəratlar