Çoxbağlılar dəstəsi () — buğumayaqlılar tipinin ikicütayaqlılar sinfinə aid olan dəstə.

Xarici quruluşu Bu dəstəyə aid olan çoxayaqlıların bədəni təsbeh şəklindədir. Seqmentlər arasında ensiz bağlar vardır. Yaşlılarda buğumların sayı sabitdir (19-20); gözləri yoxdur, yeddinci seqmentin birinci cüt ayağı qonopodi rolunu oynayır.Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Həyat tərzi Çoxbağlıların Polydesmidae fəsiləsinin nümayəndələrində bədənin bel hissəsinin səthi yastılanmışdır. Bədən seqmentlərinin kənarları çox qırağa çıxır. Bu boz çoxayaqlılar daha çox rütubətli yarpaqlı meşələrdə yaşayırlar.

Stronqilozomlar (Strongylosomidae fəsiləsi) meşələrdə və rütubətli çəmən torpaqlrında yaşayırlar. Onları seqmentlərinin dəyirmi forması fərqləndirir.

Azərbaycanda çoxbağlıların 9 növü aşkar edilmişdir. Zaqatala rayonunda – Brachydesmus bidentatus Gol., Qazaxda – Br.karawaewi Lohm., Qəbələdə – Poludesmus abchasius Att., Kiçik Qafqazda və Gəncədə – Brachydesmus karawaewi Lohm., Gədəbəydə – Brachydesmus talyschanus Lohm. tapılmışdır. Lənkəran zonasının torpaqlarında 6 növ polidesmid aşkar edilmişdir. Burada sarı torpaqlarda tapılan Brachydesmus talyschanus Lohm. istisnasız olaraq meşə örtüyü, döşənəkdə və torpaqda yaşayır. Dağ-meşə qonur torpaqlarda, eləcə də dənli bitkilər əkinləri altında olan çəmən-qəhvəyi torpaqlarda Strongylosoma lencoranum Att. qeydə alınmışdır (Səmədov, Bababəyova, Rəhmanov, 1972). Polidesmidlər bitki qalıqlarının parçalanmasında fəal iştirak edirlər.

Yayılması Azərbaycanda Zaqatala, Qazax, Qəbələ, Kiçik Qafqaz, Gəncə, Gədəbəy və Lənkəran zonasında yayılıb.

Təsnifatı Brachydesmus bidentatus Gol. Br.karawaewi Lohm. Poludesmus abchasius Att. Brachydesmus karawaewi Lohm. Brachydesmus talyschanus Lohm.

Şəkillər

İstinadlar

Ədəbiyyat Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər Introduction Order Polydesmida - Flat-backed Millipedes

Həmçinin bax

Kateqoriya:İkicütayaqlılar Kateqoriya:20–24 ID olan Taksonbar