Domlar ("Doma" və ya "Domi" olaraq da adlandırılırlar; دومي / ALA-LC: Dūmī , / Dūmrī ; Misir Ərəbcəsi: هناجره Hanagra ) — Orta Şərqdə, Şimali Afrikada, Qafqazda, Mərkəzi Asiyada və Hindistan yarımqitəsində yaşayan Hind-Ari etnosu.
Mədəniyyət Domların şifahi ənənələri var və mədəniyyət və tarixlərini, musiqi, poeziya və rəqslə ifadə edirlər. İlk olaraq qaraçıların bir budağı olduqlarına inanırdılar, lakin Domari dili üzərinə edilən son araşdırmalar, yəqin ki, VI əsrdə qaraçılarla müqayisədə Hindistan yarımqitəsindən ayrıldıqlarını göstərir.
Qaraçıların özlərini təyin etmələri üçün dünya səviyyəsində istifadə edilən adları, roman dilində də kişi mənasını verən "Htom" terminidir.Roma people in Croatia. lovari.hr Rom, Dom və Lom sözləri, VI əsrdə fərqli qaraçı xalqlarını təsvir etmək üçün istifadə edilirdi. Bir neçə qəbilələr Qərbi Avropaya qədər getmişdilər. Qərbi Avropadakılar Romlar, İran və Türkiyədə qalanlar isə Domlar adlandırmışdılar.
Müxtəlif Domari yarımqrupları arasında olan Qəvazilər, rəqsləri və musiqiləri ilə ən məşhur qrupdur.
Yayılması Ümumi əhalisi təxminən 2.2 milyondur. Əksəriyyəti Türkiyədə, Misirdə, İranda və İraqda yaşayır. Liviya, Tunis, Əlcəzair, Mərakeş, Sudan, İordaniya, Suriya və başqa Orta Şərq və Şimali Afrika ölkələrində daha kiçik həcmli dom icması mövcuddur. Azərbaycanda təxminən 1000-ə yaxın Dom yaşamaqdadır."Qafqazinfo.az" internet qəzeti: Qaraçılar niyə millət, xalq ola bilmir ? — Xəbərin onlayn yayımlanma tarixi: 08.04.12 | 14:08 ; Yoxlanılıb: 30.03.2015. Arxivləşdirilib.EL TV–nin "Bu Bizik" verilişinin 06.06.2012 tarixində Yevlax qaraçılarına həsr olunmuş buraxlışı — Bu Bizik (Qaraçılar haqqında) Lider TV–nin 8 aprel 2014–cü il tarixli reportajı: Beynəlxalq Qaraçılar Günü
Domların ümumi sayları bilinmir çünki bəzi domlar əhali siyahıyalmalardan çıxarılmışdır və bəziləri isə öz milliyyətlərini adlandırarkən dom yerinə milli terminlərdən istifadə edirlər. İndiki vaxtda, daha böyük cəmiyyətlərinin suveren dillərini danışırlar, ancaq milli dilləri olan Domari, daha çox kiçik həcmli icmalar tərəfindən danışılır. İranlılar onlara "xaricilər" mənasını verən qurbati və ya koul adlandırılırlar.
İordaniyada Domlar/Qaraçıların böyük bir icması var. Tədqiqatçılar, "etnik identikliklərini gizlədərək Ərəb irqçiliyi ilə uyğunlaşırlar" deyirlər, çünki domların əsl identiklikləri aşkar olunduqda ərəb cəmiyyətinə qəbul edilməyəcəklər.Marsh, Adrian & Strand, Elin (red.) (2006). İranda Dom əsilli bir başqa qrup da, Lorilərdir. Lorilər cənub-şərqi İranın Bəluc bölgələrində yaşayırlar.
Mədəniyyətdə Milliyətcə azərbaycanlı olan İran müğənnisi və aktrisası Ququş, "Koeli" adlı bir mahnı bəstələmişdir. Bu mahnıda İranın qaraçı xalqı olan domlardan bəhs edilir.
Həmçinin bax Qaraçılar Bəluclar Türkmanlar Suriyada vətəndaş müharibəsi Hindistan yarımqitəsi
İstinadlar
Xarici keçidlər Dom Research Center () "The Gypsies of Jerusalem: the Forgotten People" () Amoun Slim tərəfindən. Domari, The society of Gypsies in Jerusalem () "The Gypsy People of Israel, Gaza & the West Bank" () Valeri Novoselski tərəfindən "Evolving, educating: Israel's Gypsy community" () Royi Mandel tərəfindən "The Dom People and their Children in Lebanon" () Terre des Homms tərəfindən
Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Qaraçı etnik qrupları Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar Kateqoriya:İraqda yaşayan etnik qruplar Kateqoriya:Suriyada yaşayan etnik qruplar Kateqoriya:İranda yaşayan etnik qruplar Kateqoriya:Misirdə yaşayan etnik qruplar Kateqoriya:İordaniyada yaşayan etnik qruplar Kateqoriya:Mərakeşdə yaşayan etnik qruplar Kateqoriya:Sudanda yaşayan etnik qruplar Kateqoriya:İsraildə yaşayan etnik qruplar Kateqoriya:Fələstində yaşayan etnik qruplar Kateqoriya:Hindistanda yaşayan etnik qruplar Kateqoriya:Tunisdə yaşayan etnik qruplar Kateqoriya:Liviyada yaşayan etnik qruplar Kateqoriya:Əlcəzairdə yaşayan etnik qruplar Kateqoriya:Livanda yaşayan etnik qruplar Kateqoriya:Əfqanıstanda yaşayan etnik qruplar Kateqoriya:Küveytdə yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Xristianlıq Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Köçəri xalqlar