() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Morfoloji əlamətləri Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur. Yan xətt pulcuqlarının sayı 87 - 98 arasında dəyişir.
Yayılması Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində yayılmışdır. Balxaş, İssık-göl, Xanka göllərində və b. su hövzələrində iqlimləşdirilmişdir. Azərbaycanda Xəzərin demək olar ki, bütün dayazlıqlarında, Kürdə və onun sahilyanı su hövzələrində, Arazda, Lənkəran təbii vilayətinin çaylarında rast gəlinir.
Yaşayış yeri və həyat tərzi Yaşayışına görə, sıfın oturaq və yarımkeçici formaları var. Oturaq formanın fərdləri göllərdə, çaylarda, su anbarlarında yaşayır. Dəniz sıfı oturaq həyat keçirdiyindən müxtəlif rayonlarda (Sara, Jiloy, Manqışlaq, Tarta) bir-birindən başının əlamətlərinə və üzgəclərin böyüklüyünə görə fərqlənən yerli populyasiyalar əmələ gətirir. Başlıca olaraq balıqla qidalanır, yalnız həyatının ilk günlərində xərçəng sürfələrini və xırda siklopları yeyir. Bu dövr erkən sıf üçün çox böhranlıdır, çünki ilk baharda həmin obektlərin sayı çox az olur. Bədənin uzunluğu 20-30 mm-ə çatanda yırtıcı qidalanmaya keçir. Daha iri cavan və yaşlı fərdlər Xəzərdə kilkə, xırda xul, külmə, şişqarın; Kürdə-külmə, qızılüzgəc, yastıqarın, çəki, çapaq və b.
Çoxalması Adi sıfın yarımkeçici formasının fərdləri daha sürətlə böyüyür. Bu balıqlar 3-5 yaşlarında cinsiyyət yetkinliyinə çatır. Məhsuldar növdür. Mingəçevir su anbarında uzunluğu 1m-dən artıq, kütləsi 18-20 kq-a qədər olan fərdlərdə 2 mln-a qədər, Kür balıqlarında 140-820 min, Kiçik Qızılağac fərdlərində 60-280 min kürü olmuşdur. Kürütökmə fevralın ortalarında başlayır, qızğın çağı marta, sonu isə aprelin evvəllərinə düşür. İnkubasiya dövrü yemperaturdan asılıdır və 8,5-130 - də 9, 11-170-də isə 7 gün çəkir.
Təsərrüfat əhəmiyyəti Mühüm vətəgə balığıdır, ətinin keyfiyyəti yüksəkdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1758-ci ildə təsvir edilən balıqlar Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Danimarka balıqları Kateqoriya:Avstriya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Norveç balıqları Kateqoriya:Niderland balıqları Kateqoriya:Almaniya balıqları Kateqoriya:Estoniya balıqları Kateqoriya:Macarıstan balıqları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Sənaye balığı