Dominik Soboslai () — Avstriya Bundesliqa təmsilçilərindən olan Red Bull Zalsburq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstanlı futbolçu.
Klub karyerası
Red Bull Zalsburq Soboslai 2016-cı ildən Red Bull Zalsburq klubunda yarımmüdafiəçi kimi çıxış edir.
Milli karyerası 2017-ci ildə Soboslai Macarıstanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Soboslai Fransa, Şotlandiya, Farer adaları və Türkiyə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Farer adaları millisinə qarşı oyunda iki qolla yadda qalmışdır.
Soboslai 5 iyun 2017-ci ildə Rusiya millisinə qarşı yoldaşlıq oyunu üçün Macarıstan millisinə çağırılmışdır. O, oyun zamanı ehtiyat skamyasında əyləşmiş və meydana daxil olmamışdır. Həmin görüşdə Soboslainin millisi rəqibinə 3–0 hesabı ilə məğlub olmuşdur.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolRed Bull Zalsburq2016–17Bundesliqa0000000000Ümumi karyera0000000000 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Uğurları
Klub "Red Bull Zalsburq" UEFA Gənclər Liqası — 2016–2017
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:Liferinq FK futbolçuları Kateqoriya:Legioner Macarıstan futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Liverpul FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:2. Liqa (Avstriya) futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri