2017 Tehran hücumları — 7 iyun 2017-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində baş vermiş terror hadisələri.

İlk hücum iyunun 7-də səhər saatlarında İran parlametinə edilmiş, iki nəfər "Kalaşnikov" avtomatı və bir nəfər tapança ilə silahlanmış şəxs parlamentin binasına daxil olaraq atəş açmışlarİran parlamentində atışma olub. amerikaninsesi.org, 07.06.2017 .

Daha sonra Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə də silahlı hücum edilmişdir. Fars Xəbər Agentliyinin məlumatına görə parlametə edilən hücum zamanı bir nəfər parlamentin işçisi həlak olub. İmam Xomeyni türbəsində törədilən hücum da isə azı beş nəfər yaralanıb."Twin attacks on Iran parliament, Khomeini shrine, 1 dead" . The Associated Press. 7 June 2017"Iran shootings: Parliament and shrine attacked" . BBC News

İstinadlar

T T T Kateqoriya:XXI əsrdə Tehran Kateqoriya:2017-ci ilin terror hadisələri Kateqoriya:İranda siyasət